Mojo.az Banner
22:45 Tofiq Musayevə yüksək vəzifə verildi  |     22:03 Ermənistanda azərbaycandilli kanal bağlandı (Video)  |     21:42 Astarada anasını döyən oğul həbs olundu  |     21:35 Tulin Ələkbərova həbs edildi  |     21:11 Beyləqanda ağır qəza - 1 nəfər öldü, 2 nəfər yaralandı  |     20:57 Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?  |     20:47 Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? (VİDEO)  |     20:14 Bakıda təmir zamanı tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu  |     19:49 "Qarabağ" - "Ayaks" oyunu İTV-də yayımlanacaq  |     19:42 Gecəyarı evə girib qadını öpdü, süpürgə ilə döyüldü, elektron qolbaq taxıldı  |     18:22 Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər  |     18:05 Tarixi qaranlıq yaxınlaşır: Dünya bunu 6 dəqiqə izləyə biləcək  |     17:54 Mərkəzi Banka yeni səlahiyyət verildi  |     17:53 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     17:38 Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI (FOTO)  |     17:26 Oğurladığı mopedi 485 manata satan şəxs ƏLƏ KEÇDİ  |     17:20 Hikmət Hacıyev və Armen Qriqoryan Doha forumu çərçivəsində bir araya gəldilər (FOTO)  |     17:16 Türkiyədə saxlanılan tanınmış televiziya aparıcılarından ikisi azadlığa buraxılıb  |     17:14 Bakıda avtomobildən 6500 manat oğurlayan şəxsi polis saxladı  |     17:12 Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək

14.09.2024 19:07 1 212
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
Bu gün Praqada NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində iclas keçiriləcək.

Bu barədə təşkilatın Brüsseldəki qərargahının mətbuat xidməti məlumat yayıb.

NATO sərkərdələri alyansda hərbi-strateji inkişafı müzakirə edəcəklər. Görüşün açılışında Çexiya Prezidenti Petr Pavel də iştirak edəcək. Birinci sessiyada görüş iştirakçıları NATO ölkələrinin dövlət və hökumət başçılarının 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən sammitdə qəbul etdikləri qərarların icrasını nəzərdən keçirəcəklər.

İkinci iclasda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavoli Baş Qərargah rəislərinə çəkindirmə və müdafiə planlarının icrası barədə məlumat verəcək.

Bu sessiyada NATO-nun Ukrayna üçün təhlükəsizlik və təlim Komandanlığının (NSATU) yaradılması müzakirə ediləcək. Üçüncü iclasda NATO-nun transformasiya üzrə Ali Baş Komandanı general Filip Lavin alyansın Müdafiə planlaşdırma prosesinə (NDPP) uyğun olaraq qurumun döyüş əməliyyatlarının aparılmasının transformasiyası barədə məlumat verəcək. Digər mövzular arasında Baş Qərargah rəisləri NATO-Ukrayna birgə analiz, təlim və Təhsil Mərkəzinin (JATEC) işə başlamasını müzakirə edəcəklər.скачать dle 11.3