Mojo.az Banner
20:28 CENTCOM: İranın proksi qruplarına silah tədarükü yolları kəsilib  |     20:20 Türkiyədə təcavüzə məruz qalan tələbədən dəhşətli əməl - Müəllim həbs edildi  |     20:20 Türkiyədə təcavüzə məruz qalan tələbədən dəhşətli əməl - Müəllim həbs edildi  |     20:13 Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar  |     20:06 Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir - FOTO - VİDEO  |     19:59 Yusif Quluzadə vəzifəsindən azad edildi - FOTO  |     19:51 Əli Əsədov QƏRAR İMZALADI  |     19:44 İsraildə Avroviziya iştirakçılarının çıxışı lağa qoyuldu - FOTO  |     19:38 Yaşı 26-ya qədər olan bu şəxslərin NƏZƏRİNƏ  |     19:21 Fransada ziyafət zamanı döşəmə çökdü: Kino ulduzları təxliyə olundular  |     19:14 "Qiyamət günü" radiostansiyasından yeni maraqlı mesaj  |     19:10 Sabahla bağlı XƏBƏRDARLIQ - DİQQƏTLİ OLUN  |     18:55 Gəncədə 15 yaşlı qızı vuran sürücü hadisə yerindən qaçıb  |     18:30 Nikol Paşinyan Samvel Karapetyanı məhkəməyə verdi  |     18:22 Generala məxsus olduğu deyilən klinikanın vergi borcu yaranıb  |     18:16 Sürücülərin NƏZƏRİNƏ: Sabahdan xüsusi hərəkət zolaqları qüvvəyə minir  |     17:58 Pensiya artımı ilə bağlı müjdəli AÇIQLAMA  |     17:49 Kiyevdə matəm elan olundu  |     17:38 Auditorlar Palatasında bir neçə şöbə ləğv edilib, yeni idarə yaradılıb  |     17:27 Nazir yaşayış yeri üzrə qeydiyyatla bağlı qərarda dəyişiklik etdi - FOTO  |    
Left Banner
Right Banner

Qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs həbs edilib

01.08.2024 22:14 1 089
Qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs həbs edilib
İyulun 30-da Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Cavadov Nazir Ağacavad oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi faktına görə başlanmış cinayət işi üzrə Sumqayıt şəhər polis idarəsində ibtidai istintaq davam etdirilir.

Median.Az
xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

İstintaqla 46 saylı Sumqayıt beşinci seçki dairəsindən 01.09.2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədliyi qeydə alınmış 1989-cu il təvəllüdlü Taleh Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nazir Cavadova kəsici-deşici alətlə qəsdən zərbə vuraraq onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Məmmədovun namizədliyi 29.07.2024-cü il tarixdə qeydə alındığından Azərbaycan Respublikası Cinayət-Prosessual və Seçki məcəllələrinin tələblərinə əsasən Baş prokuror tərəfindən onun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilib.

Toplanmış sübutlar əsasında Taleh Məmmədova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub, əməlin ağırlıq dərəcəsi və xarakteri nəzərə alınaraq barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner