Pakistanın keçmiş baş nazirinin həyat yoldaşı onlarla terror aktında ittiham olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Pakistanın keçmiş baş nazirinin həyat yoldaşı onlarla terror aktında ittiham olunur

Pakistanın Ravalpindi şəhərinin polisi və prokurorları keçmiş baş nazir İmran Xanın həyat yoldaşı Büşra Bibiyə qarşı 11 terror aktı üzrə ittihamları Pakistan Ali Məhkəməsinə göndəriblər.

Bu barədə "Dawn" qəzetinə istinadən bildirir.

Məlumata görə, Bibi, əsasən, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahına hücumda və hərbi obyektin yandırılmasında, Xidmətlərarası Kəşfiyyatın ofisinə hücumda, hökumət əleyhinə iğtişaşlara çağırışlarda və Xanın lideri olduğu Ədalət Uğrunda Hərəkat müxalifət partiyası tərəfdarlarının 9 may 2023-cü ildə keçirilən etiraz aksiyaları zamanı vandalizm aktlarında ittiham olunur. İttihamlar polisin Bibiyə qarşı bir il əvvəl qeydə aldığı cinayət işlərinə əsaslanır.

Məhkəmənin terrorçuluq ittihamlarına baxması və bu cür cinayətlərə görə cəza kəsməsi halında əvvəllər yalnız nikah qanununu pozmaqda ittiham olunan Xanın 44 yaşlı arvadının vəziyyəti ciddi şəkildə çətinləşə bilər. Bu, Adiala həbsxanasında saxlanılan keçmiş baş nazirin özünə də güclü zərbə olacaq.

Xatırladaq ki, yanvarda siyasətçi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib, fevralda Xan və Bibi qeyri-qanuni nikaha girdikləri üçün 7 il həbs cəzası alıblar. Daha sonra hər iki hökm ləğv edilib.

Nazirlər Kabinetinin keçmiş rəhbəri bu ay müxtəlif cinayətlərə görə 12 yeni ittiham irəli sürüldükdən sonra hələ də həbsdə qalır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            756 30.07.24 17:36