Mojo.az Banner
23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |     22:33 Rusiyalı tanınmış aparıcı həbs oluna bilər  |     21:30 Səlim Abbasovun evində yanğın oldu - VİDEO  |     21:22 İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı  |     21:17 Slovakiyadan hansı məhsulları alırıq? - AÇIQLAMA  |     21:10 Kartla ödənişlərin payı 70 faizə yaxınlaşıb  |     21:05 Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı  |     20:56 Şəhid Xudayar Yusifzadənin doğum günüdür  |     20:51 Almaniyada su böhranı: Qaydaları pozanlara 50 min avroya qədər cərimə  |     20:44 Ofisiant işləmək istəyirdilər, soyğunçuluq etdilər  |     20:38 Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah  |     20:30 Sakinlərlə obyekt sahibi arasında qalmaqal: "Mən icazə vermirəm ağlamağa!" (Video)  |     20:25 Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü  |     20:18 Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb  |     20:04 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?  |     19:48 Qusarda çətənə kolları yetişdirən şəxs tutuldu  |     19:36 Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi  |    
Left Banner
Right Banner

Un ucuzlaşdı, çörəyin qiyməti düşəcək? - Açıqlama

23.07.2024 16:44 1 110
Un ucuzlaşdı, çörəyin qiyməti düşəcək? - Açıqlama
Xəbər verdiyimiz kimi, Azərbaycanda ötən ayla müqayisədə unun topdansatış qiyməti ucuzlaşıb. Bildirilir ki, iyulun 18-dən etibarən istehsalçılar unun qiymətini 1 manatdan çox azaldıblar. Belə ki, hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,8-28,5 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 28,3-29,5 manat təşkil edirdi.

Bəs unun qiymətinin ucuzlaşması çörəyin qiymətinə təsir edəcəkmi?



Bakupost.az -ın sualını cavablandıran iqtisadçı Xalid Kərimli çörəyin qiymətinin ucuzlaşmayacağını bildirib.

O qeyd edib ki, buğdanın qiymətinin ən ucuz vaxtı martın əvvəllərində olub:

"London əmtəə birjasında buğdanın qiyməti 155 funta düşdü. Sonra martın əvvəllərindən başlayaraq qiymətlər qalxdı və mayın ortalarında 200 funta qədər yüksəldi. Həmin vaxt unun bir kisəsinin qiyməti 30-32 manata qədər qalxmışdı. İyunun ortalarında unun qiyməti yenidən ucuzlaşdı və 167 funt oldu. İndi son qiymətlərə baxıram, iyulun üçüncü həftəsinin sonunda unun qiymətləri 197 funtdur. Unun qiymətləri oktyabr ayında olan qiymətlərlə müqayisədə indiki qiymətlərə uyğundur".

Onun sözlərinə görə, bütün bu qiymət dəyişimləri ötən il Rusiya-Ukrayna müharibəsi zamanı mövcud olan fantastik qiymətlərdən təqribən iki dəfə ucuzdur:

“Həmin dövrdə unun tonunun qiyməti London birjasında 430 funt idi. İndi isə ənənəvi fəsli qiymətlərlərə uyğunlaşıb. Biz un 150-155-165 funt olanda çörəyin qiymətində ucuzlaşmanı görmədik. Ona görə də indiki dəyişimlər çörəyin qiymətinə təsir göstərməyəcək".

X.Kazımlı buğdanın qiymətinin dəyişməsinin unun qiymətinin dəyişməsinə təsirinin daha çox olduğunu bildirib:

“Çünki unun maya dəyərində buğdanın çəkisi 80 faizin üzərindədir. Çörəyin qiymətində isə unun çəkisi daha azdır, 40-45 faiz. Bu da onunla bağlıdır ki, orda zavod, istehsal xərcləri var. İndiki halda un və buğda qiymətləri dünya bazarında 195 funtdur və bu da hazırda bizim çörək bazarında formalaşan qiymətlərə uyğun qiymətdir. Ona görə də çörək bazarında hər hansı bir ucuzlaşmanın olacağını gözləmirəm”.скачать dle 11.3
Mojo.az Banner