Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı tanınmış aparıcı həbs oluna bilər

15.07.2026 22:33 444
Rusiyalı tanınmış aparıcı həbs oluna bilər
Rusiyalı aktyor və aparıcı Nikolay Fomenko inzibati cəzanı yerinə yetirməkdən imtina etdiyinə görə cərimələnə və ya həbs oluna bilər.

Bu barədə fontanka.ru yazıb.

Məlumata görə, Moskvada məhkəmə Nikolay Fomenko barəsində inzibati işi araşdıracaq. O, inzibati cəzanın icrasından yayınmaqda ittiham olunur.

Məhkəmə iclası iyulun 30-na təyin olunub. Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.25-ci maddəsinin 1-ci hissəsinə əsasən, cəza olaraq cərimə, məcburi işlər və ya 15 sutkayadək inzibati həbs nəzərdə tutulur.

Əvvəlki illərdə Fomenko inzibati cərimələri ödəmədiyinə görə dəfələrlə cərimələnib. Sonuncu hallardan bəziləri pullu parklanma qaydalarının pozulması ilə bağlı olub.

Son xəbərlər