Mojo.az Banner
17:53 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     17:38 Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI (FOTO)  |     17:26 Oğurladığı mopedi 485 manata satan şəxs ƏLƏ KEÇDİ  |     17:20 Hikmət Hacıyev və Armen Qriqoryan Doha forumu çərçivəsində bir araya gəldilər (FOTO)  |     17:16 Türkiyədə saxlanılan tanınmış televiziya aparıcılarından ikisi azadlığa buraxılıb  |     17:14 Bakıda avtomobildən 6500 manat oğurlayan şəxsi polis saxladı  |     17:12 Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ  |     15:55 Qubada qadın ZƏHƏRLƏNDİ: "Azəriqaz" işçisinə cəza verildi  |     15:52 Messi 2026-cı il dünya çempionatında iştirak edəcək?  |     15:47 Qax sakini ehtiyatsızlıqdan özünü güllələdi  |     15:45 Xudatda müəllim VƏFAT ETDİ - FOTO  |     15:39 Bakıda hotelin qarajında alman maşınları YANDI  |     15:38 Müsadirə olunmuş "iPhone"ları hərracda 100 min manata alacağını vəd verən şəxs həbs edildi  |     15:36 Sumqayıtda oksigen balonlarının doldurulması sexinin fəaliyyəti dayandırıldı - Video  |     15:33 Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb  |     14:10 Yol polisindən sürücülərə MÜRACİƏT  |     14:07 2026-cı ildə manatın məzənnəsi ilə bağlı PROQNOZ  |     14:06 Məşhur filmin yeni bölümü çəkiləcək  |     14:05 210 min dollarlıq "Bentley" avtomobilləri öz-özünə alışa bilər - XƏBƏRDARLIQ  |     13:54 Üç yaşlı hindistanlı şahmatçı rekorda imza atdı  |    
Left Banner
Right Banner

Belçikalı ekspert: "Azərbaycan sığorta sahəsində ciddi boşluqlarla üzləşib"

20.06.2024 20:23 1 494
Belçikalı ekspert:
Əksər ölkələr kimi Azərbaycan da sığorta sahəsində ciddi boşluqlarla üzləşib.

"Report" xəbər verir ki, bunu Belçikanın Löven Katolik Universitetinin professoru Karel Van Hulle Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024), "İqlim dəyişikliyinin təsiri altında sığorta" adlı panel müzakirələrində bildirib.

"Bu boşluq mühüm risklər olduqda vətəndaşları qoruyacaq sığorta məhsullarının olmaması deməkdir. Həmin risklərə təbii fəlakətləri misal gətirə bilərəm. Getdikcə təbiət hadisələrinin də sayı artır və dünyada zərərin yalnız 1/3-i sığorta hesabına qarşılanır. Bu, sel, zəlzələ, fırtına və ya digər təbiət hadisələrində insanların çətin vəziyyətdə qalması deməkdir. Qeyd etdiyim məsələ sığorta sahəsində böyük problemdir və həlli üçün sığorta bazarını genişləndirmək lazımdır. Daha çox insanın sığorta çətiri altında toplaşmasını təmin etməliyik. Bizim riskləri düzgün sərmayə ilə uzlaşdıran sistemə ehtiyacımız var", - deyə o qeyd edib.скачать dle 11.3