22:50 20 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü rəsmən dəstəkləyib  |     22:39 “Mançester Siti”nin sahibi 13 ildən sonra ilk dəfə komandasının matçını izləyəcək  |     22:26 Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa...  |     22:07 Yaponiyada aeroportda sərnişinlərlə dolu iki təyyarə toqquşdu - VİDEO  |     21:09 Ərdoğan UEFA Prezidentini qəbul edib  |     20:11 Kanada Ukraynaya 373 milyon dollarlıq yeni hərbi yardım paketi verəcək  |     20:04 Britaniya Ukraynaya humanitar yardım göstərəcək  |     19:55 İranda leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib  |     19:49 Niderlandda sənaye zonasında güclü yanğın baş verib  |     19:39 Bakı sakininin bank hesabından pul oğurlanıb  |     19:31 Bakıda gənc qızı avtomobil vurub  |     19:22 Sabirabadda 48 yaşlı kişi intihar edib  |     19:11 Somalidə silahlılar otelə hücum edib, ölənlər var  |     19:04 Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb  |     18:44 Bakıda məhbus həbsxanada ölüb  |     18:13 Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb  |     17:59 Qazaxıstanda meşə yanğınları FHN rəhbərinin işdən qovulması ilə nəticələndi  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:43 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |    
Hamiləlikdə olan başağrılarına diqqət! - tanınmış həkimdən xəbərdarlıq
Qadınların  həyatında ən gözəl dönəm olan  hamiləlik  bəzən xanımlarda kəskin başağrıları da yarada bilir.  

Bu səbəbdən xüsusən hamiləliyin ilk 3 ayında artan başağrılarını azaltmaq üçün tədbirlər görmək lazımdır.

Hamiləlikdən əvvəl başağrıları olan qadınlarda hamiləlik dövründə ağrılarda artma müşahidə olunur.  Xüsusən miqrenli qadınlarda hamiləliyin ilk 3 ayında hormonal dəyişikliyə bağlı olaraq ağrı tutmalarının sıxlığında və şiddətində artma müşahidə edilir.

Hamiləlikdə ən çox rast gəlinən başağrılarından biri də gərginlik tip baş ağrılarıdır. Bu ağrılar adətən hamiləlik müddətinin gətirdiyi stress, hormonal dəyişikliklərdən yaranan narahatlıqlar, xüsusən çalışan hamilələrdə gündəlik işlərin səbəb olduğu yorğunluq nəticəsində əmələ gəlir.

Gərginlik tip başağrıları bütün başı əhatə edən sıxılma tərzində olan ağrılardır. Sözügedən ağrılar əsasən axşama doğru yaranır, çox da şiddətli olmur. Hamiləliyin ikinci və üçüncü trimestrində çəkinin artımıyla bərabər duruş vəziyyətindəki dəyişikliklərin əmələ gəlməsi, yuxu rejimində pozulmalar səbəbi ilə də başağrılardında artım olur.

Hamilələrdə başağrılarına qarşı ağrıkəsicilərin istifadəsi məsləhət görülmür. Xüsusən hamiləliyin ilk 3 ayında dərmanların dölə tesiri riskli oldugundan daha çox ehtiyat edilməlidir. Əgər ağrının şiddəti çox olarsa parasetamol tipli dərmanlardan istifadə edilə bilər. Hamiləlikdə ağrıkəsicilərin digər riskləri,  doğuş zamanı qanaxmanın müddəti və miqdarının artmasına səbəb olması və qaraciyər fermentlərini yüksəldə bilməsidir.

Hamiləliyin ağırlaşması olan  preeklampsiya adlanan vəziyyətin ən vacib əlaməti başağrısıdır. Əgər bu başağrısına  ani təyziq yüksəlmələri, üzdə, əl və ayaqlarda şişkinlik də əlavə olarsa, mütləq, vaxt itirmədən  həkimə müraciət edilməlidir. Bundan başqa kəllə daxili təyziqin yüksəlməsi kiçik damar tutulması  və tromb əmələ gəlmə riskinin artmasına səbəb ola bilər.

Bu səbəbdən gərginlik və ya miqren başağrılarına bənzəməyən ağrılarda mütləq nevroloqa müraciət edilməlidir.

Hamiləlik müddətində başağrılarından qorunmaq üçün aşağıdakılar tövsiyyə olunur:

1. Hamilələr yuxu rejiminə xüsusi diqqət yetirməlidirlər. Eyni saatda yatmaq və eyni saatda qalxmaq  başağrılarının qarşısının alınmasında önəmlidir.

2. Rejimlə və sağlam qidalanmaya diqqət edilməlidir. Qanda şəkərin  miqdarında  artıb-azalmalar başağrılarını provokasiya edə bilər.

3. Günlük maye qəbulu 2-2,5 litr olmalıdır.

4. Xüsusən çalışan hamilələr kompyuter qarşısında uzun müddət oturmamalıdır. Fasilələrlə çalışmaq, arabir havaya çıxmaq məsləhətdir.

4. Hərəkətsizlikdən uzaq durulmalıdır. Gündəlik yürüş və yüngül idman hərəkətləri məsləhətdir.

5. Uzun müddət keçməyən başağrılarında soyuq kompres qoyula bilər.

6. Miqren başağrıları olan qadınlar hamiləlik  planlamadan əvvəl botoks müalicəsindən istifadə edə bilərlər.

7. Başağrılarının hamiləliyin ilk 3 ayından sonra azalacağını unutmamalı və səbr göstərməlidir.
скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            489 10.02.22 22:00