“Alyaskapox” virusundan ilk ölüm qeydə alınıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:47 31 yaşlı kişinin meyiti tapıldı  |     15:42 Dələduzluğa görə axtarılan doqquz nəfər saxlanılıb  |     15:22 Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb  |     15:19 "Kurtlar Vadisi"nin məşhur aktyoru öldü  |     15:18 Qubadlıda ağır qəza: Xəsarət alanlar var  |     15:17 Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı  |     15:15 Tanışların mübahisəsi bıçaqlanma ilə bitdi  |     15:03 Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi  |     14:57 İranın yeni seçilən prezidentinin sabah andiçmə mərasimi keçirləcək  |     14:50 Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsinə vəsiqə qazanıb  |     14:49 Paris-2024: Növbəti cüdoçumuz da mübarizəni dayandırdı (YENİLƏNİB)  |     14:47 Ağadadaş Ağayevin son durumu açıqlandı: "Əgər səhhəti əl versə..."  |     14:46 Bakıda xanım sürücünün maşınından çantasının oğurlanma görüntüləri - VİDEO  |     14:45 Meşədə çətənə yetişdirən şəxs saxlanılıb  |     14:44 Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib (YENİLƏNİB)  |     14:39 COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb  |     14:29 Avropa çempionatı: Azərbaycan milliləri yarımfinal oyunlarına çıxacaqlar  |     14:27 FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     14:26 Sumqayıtda 30 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb  |     14:25 Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır  |    

“Alyaskapox” virusundan ilk ölüm qeydə alınıb

“Alyaskapox” virusundan ilk ölüm faktı qeydə alınıb.

Virus səbəbindən yaşanan ilk ölüm ABŞ-nin Kenay yarımadasında baş verib.

Versiyalardan birinə görə, infeksiya mənbəyi mərhumla birlikdə yaşayan pişik olub.

Alyaskanın səlahiyyətlilərinə görə, yaşlı adam uzun müddətdir xəstə olub və həkimlərin nəzarəti altında idi. Həkimlər onun çiçək xəstəliyinə tutulduğunu hesab ediblər, çünki onda bu xəstəliyə xas olan simptomlar müşahidə olunub: qızdırma, böyümüş limfa düyünləri, qırmızı ləkələr və immun sisteminin zəifləməsi. Lakin kişinin ölümündən sonra həkimlər onun xəstəlik tarixçəsini və analiz nəticələrini yenidən nəzərdən keçiriblər.

Kişinin qanında “Alyaskapox” kimi tanınan AKPV virusunun izləri tapılıb.

Bu virus 2015-ci ildə aşkar edilib. Bu günə qədər yalnız beş nəfər bu virusa yoluxub, onlardan hamısı sağ qalıb. Virusoloqların fikrincə, virus ilkin olaraq mal-qarada yaranıb, sonra gəmiricilərə, onlardan isə ev pişiklərinə keçib. Ehtimal olunur ki, ölən təqaüdçü ev heyvanının yüngülcə dişləməsi nəticəsində xəstələnib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            738 12.02.24 12:42