Mojo.az Banner
23:01 Şəmkirdə 62 yaşlı kişi bazarda öldü  |     22:52 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  |     22:43 Son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb  |     22:29 Paytaxtda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - Video  |     22:10 Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu  |     22:05 25 günün əsgəri vəfat etdi - FOTO  |     21:43 Leninin nəslindən olan Yelena Ulyanova öldü  |     21:41 Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb  |     20:47 Mağazadan seyf oğurlayan şəxs saxlanıldı  |     20:40 Sağlam qocalma üçün 8 əsas faktor açıqlandı  |     20:34 Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR  |     20:26 DÇ-2026 azarkeşləri üçübn bilet şoku: Yanacaq böhranı xərcləri artırdı  |     20:20 Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı  |     20:13 Gələn il veteran pulu ARTIRILACAQ?  |     20:08 "Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb  |     20:00 Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video  |     19:55 Paşinyan Putinin "boşanma" sözünə belə cavab verdi  |     19:41 Benzinlə manqal yandırmaq istəyən Şəmkir sakini öldü  |     19:34 Millimiz Gürcüstana məğlub oldu  |     19:29 Sabah Azərbaycanda 30 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

2 manata görə düşən dava, 17 il həbs...

06.02.2024 18:39 2 190
2 manata görə düşən dava, 17 il həbs...
Ötən ilin avqustunda Bakının Nərimanov rayonunda 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunu qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1985-ci il təvəllüdlü Şəhniyarov Fariz Mənsim oğlu Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, F.Şəhniyarov avqustun 22-nə keçən gecə metronun "Ulduz” stansiyasının yaxınlığındakı "Əfətli” adlı mağazaya gedib və spirtli içki alıb. O, fasiləsiz çalışan mağazanın satıcısı S.Məhərrəmovdan 4 saat ərzində bir neçə dəfə spirtli içki alıb və oradakı skamyada içib. Nəticədə Farizin Samirə 2 manat borcu yaranıb. Satıcı pulu tələb etdikdə isə tərəflər arasında mübahisə düşüb. Gecə saat 05 radələrində işlədiyi avtoyuma məntəqəsinə gedən Fariz oradan bıçağı götürərək geri qayıdıb və satıcıya hücum edərək onu bıçaqlayıb. Ağır xəsarətlər alan Samir hadisə yerində ölüb.

Bildirilib ki, Samir yaşadığı Ağcabədidən Bakıya 5 ay imiş ki, işləmək məqsədilə gəlibmiş.

Məhkəmənin hökmü ilə Samir Məhərrəmovu qətlə yetirən F.Şəhniyarova 17 il həbs cəzası verilib.
//qafqzinfoскачать dle 11.3
Mojo.az Banner