Mojo.az Banner
17:40 "TikTok"da deputatları və icra başçılarını söyən şəxs HƏBS OLUNDU  |     17:21 Ukrayna üzrə danışıqların ikinci raundu bitdi - YENİLƏNİB  |     17:12 Bakıda qadını restoranın tualetində döyən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI  |     17:02 Güləş üzrə Azərbaycan çempionatları bu şəhərdə keçiriləcək  |     16:41 Rusiya Silahlı Qüvvələri Xarkovda yaşayış məntəqəsini nəzarətə götürüblər  |     16:20 3 aya marketdən 7 minlik məhsul oğurladı  |     16:09 "Qəbələ" "Şamaxı"nı məğlub edib  |     16:03 Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb  |     15:45 Fəzail Ağamalı məhkəməyə verildi: AVP-də növbəti QALMAQAL  |     15:21 Türkiyədə zəlzələ olub  |     15:18 Direktorlar imtahan verdi  |     15:10 Yüksəkvəzifəli məmurun evinə gizli kamera quraşdırıb beş milyon dollar istəyən şəxs həbs olundu  |     15:09 Xırdalanda marketdən üç ayda yeddi min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ  |     15:07 Azərbaycan neftinin qiyməti artıb  |     15:06 Naxçıvanda üç nəfərin boğularaq öldüyü istirahət mərkəzinin sahibinə HÖKM OXUNDU  |     14:05 İran-Azərbaycan sərhədində müşahidə edilən PUA zərərsizləşdirildi  |     13:48 Cey Di Vens Azərbaycana səfər edəcək  |     13:46 Tovuzda küçədə yaşayan ana və uşağın görüntüləri yayıldı: Dövlət qurumları hərəkətə keçdi  |     13:45 Axtarışda olan türkmənistanlı MMA döyüşçüsü Azərbaycanda ələ keçdi  |     13:40 149 milyondan çox insanın məlumatları internetə sızdırılıb  |    
Left Banner
Right Banner

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan 20 yaşlı oğlan həbs edildi

27.01.2024 13:45 1 329
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan 20 yaşlı oğlan həbs edildi
“Youtube” platformasında cinayəti və cinayətkarlığı təbliğ edən videolar paylaşan gənc həbs edilib.

Publika.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə videoların bir qisminin Goranboy şəhər sakini, 20 yaşlı Uğur Qurbanov (ad soyad şərtidir) tərəfindən yerləşdirilməsi müəyyənləşib. Polis əməkdaşları onun yaşadığı ünvana gedərək şöbəyə dəvət ediblər. Bu zaman sərt formada etiraz edən gənc xuliqanlıq hərəkətlərinə yol verib. Daha sonra saxlanılaraq şöbəyə aparılan Uğur barəsində İXM-nin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polisin və ya hərbçinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə protokol tərtib edilib.

İfadə verən gənc bildirib ki, videolarını paylaşdığı şəxs onun qohumudur: “Maqa” ləqəbli qohumumun ad gününün keçirilməsi ilə bağlı sosial şəbəkədə cinayətkar aləmə dair videolar paylaşdım. Hadisə vaxt əsəbi olmuşam, əməlimdən peşmanam”.

Goranboy Rayon Məhkəməsinin çıxardığı qərarla U.Qurbanova 10 sutka həbs cəzası verilib.скачать dle 11.3