Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Fəzail Ağamalı məhkəməyə verildi: AVP-də növbəti QALMAQAL

24.01.2026 15:45 717
Fəzail Ağamalı məhkəməyə verildi: AVP-də növbəti QALMAQAL
Ana Vətən Partiyasının (AVP) sıralarından xaric edilən bir qrup rayon təşkilatlarının sədrləri sədr Fəzail Ağamalını məhkəməyə veriblər.

Bunu Oxu.Az-a açıqlamasında Fəzail Ağamalının oğlu Elçin Ağamalı deyib.

O bildirib ki, ötən il partiyanın qalmaqallı qurultayından sonra Ədliyyə Nazirliyinə müraciət etsələr də, qurum məsələni mübahisəli hesab edib və müsbət cavab verməyib:

"Rayon təşkilatlarının sədrləri Nərimanov Rayon Məhkəməsinə partiyadan qanunsuz çıxarılmaları, eyni zamanda, qurultayla bağlı məhkəməyə müraciət ediblər. Ötən il qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla və bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və vəzifələrindən xaric olunublar. Bu isə partiyanın mövcud yerli təşkilatlarının dörddəüçü deməkdir. Qərarlar qeyri-legitim partiya strukturlarının adından verilib və öz ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib".

E.Ağamalı vurğulayıb ki, partiya daxilində gizli qurultay keçirilib.

Xatırladaq ki, ötən il oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha iki nəfər partiya sədri postuna iddialı olub. Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin özünün növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiklərini bildirib. Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edib. Yaranan qalmaqal fonunda Fəzail Ağamalı növbədənkənar qurultayın təxirə salındığını açıqlayıb. Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədənkənar qurultay ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlamışdı.скачать dle 11.3
Mojo.az Banner