Vizası ləğv olunan Novak Cokoviç Avstraliyadan deportasiya edilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:27 “Tesla” Türkiyə bazarına daxil oldu  |     12:25 Göz xəstəliyi olanlara XƏBƏRDARLIQ: “Omikron”un risk qrupundadırlar  |     12:24 Tayland marixuananı leqallaşdıran ilk Asiya ölkəsi oldu  |     12:23 Fransada COVID-ə yoluxmada yeni antirekord qeydə alınıb  |     12:19 Bakı Apellyasiya Məhkəməsinin sədri koronavirusa yoluxdu  |     11:31 Abşeronda dayı bacısı oğlunu güllələyib  |     23:59 Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?  |     23:53 Südün bilmədiyiniz ZİYANI aşkar olunub  |     23:48 Türkiyədə son sutkada koronavirusdan 174 nəfər ölüb  |     23:44 Norveç tursitlər üçün karantin öhdəliyini ləğv etdi  |     23:36 Evdə partlayış oldu, baba və nəvəsi xəsarət aldı  |     23:30 Azad olunan ərazilərdə 3 gömrük postu quruldu (ADLAR)  |     23:21 Məmmədyarov Karlsenə uduzdu  |     23:15 Goranboyda 39 yaşlı qadın dərmandan zəhərlənib  |     23:08 Qazaxıstanın bütün ərazisində antiterror rejimi ləğv edilib  |     22:59 "Azerreyl" uduzub, UNEC ilk qələbəsini qazanıb  |     22:45 DİM qəbul proqramlarında edilən dəyişiklikləri açıqlayıb  |     22:40 Sankt-Peterburqda şəhərin müdafiəsində iştirak edən azərbaycanlıların xatirəsi əbədiləşdirilə bilər  |     22:33 Bitkoin yenidən bahalaşıb  |     22:28 "Qalatasaray"ın hücumçusuna qarşı istintaq işi açılıb  |    

Vizası ləğv olunan Novak Cokoviç Avstraliyadan deportasiya edilir
Avstraliyanın immiqrasiya naziri Aleks Houk serbiyalı tennisçi Novak Cokoviçlə bağlı qərar verib.

35 yaşlı idmançının vizası ləğv olunub. Cokoviç ölkədən deportasiya olunacaq.

Houkun sözlərinə görə, qərar cəmiyyətin maraqlarına uyğun qəbul edilib. Hökumət rəsmisi bunun Avstraliyanı qorumaq məqsədi daşıdığını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Avstraliya sərhədçiləri Cokoviçin vizasını ləğv etsə də, o məhkəmədə apellyasiya şikayətini qazanıb. Bununla belə, ölkə hakimiyyəti tennisçini deportasiya etmək hüququnu özündə saxlayıb.

Xatırladaq ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 14.01.22 22:08