Mojo.az Banner
20:11 Pensiyalarla bağlı mühüm açıqlama  |     20:06 Şamaxıda Qəbələ sakininin üzərinə avtomobil aşıb  |     19:48 İpoteka limitləri saniyələr sonra bitdi?  |     19:33 Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub  |     19:14 Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib  |     19:06 Moldovadan İranın Naxçıvana hücumu ilə bağlı sərt mövqe  |     18:50 Estoniya İranın dron hücumu fonunda Azərbaycanı dəstəkləyib  |     18:41 Gürcüstan XİN İranın Azərbaycana hücumunu kəskin pisləyib  |     18:33 Türkiyədən İranın Naxçıvana PUA hücumuna RƏSMİ REAKSİYA: "Azərbaycanın yanındayıq!"  |     18:28 Masallı və Ağsuda heyvan bazarları açıldı  |     18:20 Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxundu: 22 il  |     18:17 Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana dron hücumu ilə bağlı Bakıya zəng etdi  |     18:13 Şəkidə şirkət əməkdaşları qaz xəttini zədələdilər: 12 500 abonent qazsız qaldı  |     18:03 Fransa səfiri Azərbaycana dron hücumunu pisləyib  |     17:18 Abşeronda doqquz min abonentin qaz təchizatı dayandırılacaq  |     17:17 Küveytdən Azərbaycana dəstək bəyanatı  |     17:15 Gürcüstan XİN rəhbəri Ceyhun Bayramova zəng edib  |     17:11 Naxçıvan Beynəlxalq Hava Limanının işi dayandırıldı  |     17:02 AZAL-dan Naxçıvana reyslərlə bağlı VACİB AÇIQLAMA (FOTO)  |     16:59 İşə düzəltmək adı ilə külli miqdarda pul mənimsədi  |    
Left Banner
Right Banner

Zərdabda vətəndaşlara qarşı dələduzluq edən şəxs TUTULDU

26.01.2024 12:21 1 920
Zərdabda vətəndaşlara qarşı dələduzluq edən şəxs TUTULDU
Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Zərdab rayonun dörd sakini polis şöbəsinə müraciət edərək Fariz adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək pullarını və iribuynuzlu heyvanlarını ələ keçirdiyini bildirib.

Daxil olmuş müraciətlər əsasında Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Fariz Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi dələduzluq faktlarını etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, F.Əliyev ötən ilin iyun ayında rayon sakininin etibarından istifadə edərək ona birlikdə ət məhsullarının satışını həyata keçirəcəyini və qazanc əldə edəcəkləri vədini verib və sonuncunun 11 000 manat pulunu ələ keçirib. Noyabr ayı ərzində isə rayonun Körpükənd və Qoruqbağı kənd sakini olan üç təsərrüfatçının etibarından istifadə edən saxlanılan şəxs onlara məxsus ümumilikdə altı baş iribuynuzlu heyvanı ələ keçirib və dəyərindən ucuz qiymətə satıb.

Zərərçəkmişlərə ümumilikdə 22 000 manatdan artıq maddi ziyan vuran F.Əliyev əldə etdiyi pulları xərcləyib.

Faktlarla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər F.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Zərdab RPŞ-yə məlumat vermələri xahiş olunur.скачать dle 11.3
Mojo.az Banner