Mojo.az Banner
16:49 Azərbaycanda viza ilə bağlı yenilik olacaq  |     16:44 V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlandı  |     16:42 AFFA-dan özünə xəsarət yetirən futbolçuya ağır cəza  |     16:35 Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq  |     16:25 Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək  |     16:15 Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR  |     15:55 Göyçayda stadionda faciə: 60 yaşlı kişi idman edərkən öldü  |     15:45 Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi  |     15:36 Rusiya hərbçiləri iki yaşayış məntəqəsini nəzarətə götürüblər  |     15:32 Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı  |     14:47 22 yaşlı fenomen motosiklet qəzasında həlak oldu  |     14:46 Gecə saatlarında Moskva bölgəsinə təxminən 250 dron uçub  |     14:38 "Qarabağ"ın Konfrans Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?  |     14:30 "Xaricdə iş" vədi ilə vətəndaşları aldadan şirkət rəhbərinə hökm oxundu  |     14:07 "Tiktok"er "Bəniz" apellyasiya şikayəti verdi  |     13:59 Şəmkirdə bədbəxt hadisə baş verib  |     13:54 Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı  |     13:46 Ərini öldürüb yaşadığı həyətdə basdıran qadının məhkəməsi oldu  |     13:39 İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi  |     13:35 "Diş fırçalayarkən suyu boş yerə axıdırıq" - Deputat  |    
Left Banner
Right Banner

Səkkiz rayonda qanunsuz qum-çınqıl hasilatı aşkarlanıb, təbiətə altı milyon manat ziyan vurulub

27.11.2023 18:34 1 227
Səkkiz rayonda qanunsuz qum-çınqıl hasilatı aşkarlanıb, təbiətə altı milyon manat ziyan vurulub
Qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları üzrə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 8 rayon və şəhərində qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı, habelə torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Tərtər rayonu ərazisində yerləşən “Tərtərçay”, İmişli rayonu ərazisində yerləşən “İmişli”, Yevlax rayonu ərazisində yerləşən “Mingəçevir”, Quba rayonu ərazisində yerləşən “Qudyalçay”, Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında, eləcə də, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I”, Qaradağ rayonu ərazisində yerləşən “Gülbaxt”, Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında, müxtəlif hüquqi və vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 6 milyon manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner