Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Qanunsuz qum-çınqıl hasilatı aparanlara cinayət işi başlandı

20.02.2025 18:40 822
Qanunsuz qum-çınqıl hasilatı aparanlara cinayət işi başlandı
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Goranboy, Hacıqabul, Tərtər və İmişli rayonları ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla Goranboy rayonu ərazisində yerləşən “Mənəşli” gips yatağında “Cavidan İstehsalat Kommersiya” MMC, Tərtər çayının Tərtər rayonu ərazisindən keçən hissəsində Səfiyar Quliyevə məxsus karxana, Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində yerləşən Nakim Şərifova məxsus karxananın vəzifəli şəxsləri, habelə Hacıqabul rayonu ərazisində yerləşən 3 saylı RMTM-nin Sabirabad meşəbəyliyində Anar Nəbiyev tərəfindən səlahiyyətlərindən sui-istifadə etməklə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin zəbt edilərək qanunsuz gips, qarışıq süxur və qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 304 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.

Son xəbərlər