Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

20.02.2025 14:17 516
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Goranboy, Hacıqabul, Tərtər və İmişli rayonları ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla Goranboy rayonu ərazisində yerləşən “Mənəşli” gips yatağında “Cavidan İstehsalat Kommersiya” MMC, Tərtər çayının Tərtər rayonu ərazisindən keçən hissəsində Səfiyar Quliyevə məxsus karxana, Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində yerləşən Nakim Şərifova məxsus karxananın vəzifəli şəxsləri, habelə Hacıqabul rayonu ərazisində yerləşən 3 saylı RMTM-nin Sabirabad meşəbəyliyində Anar Nəbiyev tərəfindən səlahiyyətlərindən sui-istifadə etməklə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin zəbt edilərək qanunsuz gips, qarışıq süxur və qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 304 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.скачать dle 11.3
Mojo.az Banner