“Azəristiliktəchizat” payız-qış mövsümünə ilə bağlı məlumat yaydı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |    

“Azəristiliktəchizat” payız-qış mövsümünə ilə bağlı məlumat yaydı

"Azəristiliktəchizat” ASC-nin 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə 2023-cü il ərzində 1000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.

"Azəristiliktəchizat"dan verilən məlumata görə, görülən işlər çərçivəsində 1260 ədəd qazan aqreqatı və onların odluqları, 486 dəst istilik mübadilə aparatları, 3200 ədəd nasos, 3340 ədəd mühərrik, 16 000-dən çox müxtəlif diametrli siyirtmələr, 561 ədəd elektrik avadanlığı, nəzarət ölçü cihazları və avtomatika avadanlığı həmçinin digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib.

Məlumata görə, ASC tərəfindən 727 ədəd dirsək, 94 ədəd siyirtmə, 100 ədəd ventil, 8 ədəd nasos, 8 ədəd mühərrik, 15 ədəd istilik mübadilə aparatı yenisi ilə əvəz edilmiş, 35 qazan aqreqatı, 13 ədəd nasos, 320 ədəd siyirtmə, 11 ədəd mühərrik əsaslı təmir edilib.

Bundan başqa, 522 ədəd qazan aqreqatı, 1004 ədəd nasos, 6800 ədəd siyirtmə, 750 ədəd mühərrik cari təmir edilib. 1260 ədəd qazan aqreqatı, 151 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 12 ədəd qazan aqreqatı və 23 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib.

Ümumilikdə 2023-2024-cü illər payız-qış mövsümündə 49 000-dən çox qurğu və avadanlıqların, nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub..
"Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.

Mövsüm ərzində paytaxt ərazisində 21, digər şəhər və rayonlarda 46 İstilik Sistemləri İstismar Sahələri fəaliyyət göstərəcək. Cəmiyyətdə daimi olaraq 1090-a yaxın, istilik mövsüm zamanı isə 2279 əməkdaşı çalışır. Onlardan 500-ə yaxını regionlarda çalışanlardır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            636 15.11.23 12:32