Mojo.az Banner
16:29 Bu yolda sürət həddi endirildi  |     16:28 Paşinyan seçkiləri gözləyir - Konstitusiya dəyişdiriləcək  |     16:20 Ağdamda azyaşlı velosipeddən yıxılaraq ölüb  |     16:11 Aİ Belarusa qarşı sanksiyaları genişləndirib  |     16:04 Sürücülük vəsiqəsi və digər vacib sənədlər YENİ QAYDADA veriləcək  |     15:52 Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi  |     15:23 Azərbaycana ən çox kərə yağı İrandan gətirilir, Rusiyaya isə ən çox satılır  |     15:15 Azərbaycanla Əlcəzair arasında saziş TƏSDİQLƏNDİ  |     15:05 "Şəkili Yusif"lə birgə 173 milyonluq cinayət işində təqsirləndirilən şəxs: "Tövbə etmişəm"  |     14:26 Fövqəladə Hallar Nazirliyindən dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT (Video)  |     14:16 Qubada faciəli şəkildə ölən şəxs MÜƏLLİM İMİŞ  |     14:14 Biləcəridə yaşayış evinin bünövrəsi çökdü (Video)  |     14:02 Yasamalda "Express Lounge" ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb  |     13:48 Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər ələ keçdilər - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     13:38 Rayonlarda 31 torpaq sahəsi hərraca çıxarılacaq  |     13:28 Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ - Gəlinlə qardaşı tutuldular (Yenilənib)  |     13:17 Salyanda ZƏNCİRVARİ QƏZA - Xəsarət alanlar var (Video)  |     12:51 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ  |     12:36 Hövsanda teplovoz minik avtomobili ilə toqquşub  |     12:22 "Google Translate" xidmətinə yeni funksiyalar əlavə olunub  |    
Left Banner
Right Banner

Belarus Latviyadan bir sıra malların idxalına qadağa qoyub

03.11.2023 19:04 1 614
Belarus Latviyadan bir sıra malların idxalına qadağa qoyub
Belarus Silene avtomobil keçid məntəqəsinin bağlanmasına cavab olaraq Latviyadan bir sıra malların idxalına qadağa qoyub.

Bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumət 6 dekabr 2021-ci il tarixli 700 nömrəli qərarı ilə təsdiq edilmiş Belarusa idxalı və satışı qadağan olunan malların siyahısını genişləndirib.

Xüsusilə, göstərilən siyahıya Latviya Respublikasından gələn bəzi mallar daxildir - kofe, mürəbbələr, meyvə jeleləri, marmeladlar, meyvələr, qoz-fındıq, şirələr, sular, pivə, spirtli içkilər və digər fermentləşdirilmiş içkilər, corablar, kərpic, blok və oxşar keramika məmulatları.

Qeyd edək ki, sentyabrın 19-dan Latviya qeyri-qanuni miqrasiya təhlükəsinin qarşısını almaq üçün Belarusla sərhəddə mövcud olan iki sərhəd keçidindən birini - “Silene” (“Belarus tərəfində Urban”) keçidini bağlayıb.скачать dle 11.3