Mojo.az Banner
17:43 Laçında istifadəyə verilməmiş tuneldə qəza törədən sürücü həbs edildi  |     17:35 Mərakeşdə daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     17:29 Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi keçirilir  |     17:23 Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq  |     17:18 Boşanmasını bayram etdi: Avtomobilini bəzədi və... -FOTO  |     17:11 Kimlərə 13-cü maaş veriləcək?  |     17:05 Məhəmməd İslami: "Buna icazə verilməyəcək"  |     16:59 “Qarabağ” qışda yeni transfer edəcək? – Qurban Qurbanovdan AÇIQLAMA  |     16:54 "The Guardian": Bəşər Əsəd Moskvada rus dilini və oftalmologiyanı öyrənir  |     16:50 Tramp avropalıları qorxudur - Ukraynaya görə narahatdırlar  |     16:45 Vitaminlər sizi sağlam etmir - Hətta risk yarada bilər  |     16:39 Taleh Qaraşovun oğlu general oldu  |     16:34 Nə üçün Tahir İmanova pul yığılır? - ÖZÜNDƏN AÇIQLAMA  |     16:29 Bu yolda sürət həddi endirildi  |     16:28 Paşinyan seçkiləri gözləyir - Konstitusiya dəyişdiriləcək  |     16:20 Ağdamda azyaşlı velosipeddən yıxılaraq ölüb  |     16:11 Aİ Belarusa qarşı sanksiyaları genişləndirib  |     16:04 Sürücülük vəsiqəsi və digər vacib sənədlər YENİ QAYDADA veriləcək  |     15:52 Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi  |     15:23 Azərbaycana ən çox kərə yağı İrandan gətirilir, Rusiyaya isə ən çox satılır  |    
Left Banner
Right Banner

Prezident: “İndiki mərhələdə bizim əsas vəzifəmiz azad edilmiş torpaqlarda möhkəmlənməkdir”

17.08.2021 14:27 879
Prezident: “İndiki mərhələdə bizim əsas vəzifəmiz azad edilmiş torpaqlarda möhkəmlənməkdir”
İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında söyləyib.

“Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək”, - deyən dövlətimizin başçısı əlavə edib ki, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. O kəndlərin bərpasına start verilməsi və vətəndaşların oraya qaytarılması üçün artıq işlər gedir.

Ağdam şəhərinin baş planı təsdiqləndiyini, digər şəhərlərin baş planının təsdiqlənməsinin yaxın aylarda nəzərdə tutulduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.скачать dle 11.3