Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Laçında istifadəyə verilməmiş tuneldə qəza törədən sürücü həbs edildi

15.12.2025 17:43 786
Laçında istifadəyə verilməmiş tuneldə qəza törədən sürücü həbs edildi
Laçın-Kəlbəcər yolunun Hacısamlı kəndindən keçən hissəsində istifadəyə verilməmiş tuneldə ağır qəza törədən şirkət əməkdaşı həbs edilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Laçın Rayon Məhkəməsində 1984-cü il təvəllüdlü Qalib Kərimova hökm oxunub.

Bildirilib ki, hadisə 1 iyun 2025-ci il saat 05:30-da baş verib.

Belə ki, tikinti şirkətində çilingər işləyən Qalib həmin vaxt ona təhkim edilmiş "Mitsubishi L-200" markalı avtomobillə giriş-çıxışın qadağan edildiyi tunelə daxil olub.

O, yüksək sürətlə tuneldə hərəkətdə olarkən yola tökülmüş torpaq topası ilə qarşılaşıb. Bu zaman Q.Kərimov maşını torpağın hündürlüyünün az olduğu yerdən sürüb keçmək istəyib. Lakin maşın torpağa çırpılıb, sürücü və avtomobildəki 4 sərnişin yaralanıb. Onlar avtomobilin içində güclü silkələnmə və salona çırpılma səbəbindən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Həmin şəxslərdən biri - tikinti şirkətinin əməkdaşı Raqif Əliyev daxili qanaxma səbəbindən Bərdə xəstəxanasında ölüb.

Məhkəmədə mərhumun yaxınları Qalibdən şikayətçi olduqlarını bildiriblər. Laçın Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan sürücü məhkəmə iclas zalında həbs edilib.скачать dle 11.3
Mojo.az Banner