Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhəmməd İslami: "Buna icazə verilməyəcək"

15.12.2025 17:05 432
Məhəmməd İslami:
İran Atom Enerjisi Təşkilatının (İAT) sədri Məhəmməd İslami Beynəlxalq Atom Enerjisi Agentliyinə (UAEA) ABŞ və İsrailin zərbələrinə məruz qalmış nüvə obyektlərində yoxlama aparılması üçün icazə verilməyəcəyini bildirib.

Median.Az
xəbər verir ki, “İranlı Tələbələr Xəbər Agentliyi”nin (ISNA) məlumatına görə, İslami UAEA-nın İrandakı fəaliyyəti ilə bağlı açıqlamasında yalnız hücuma məruz qalmayan obyektlərdə yoxlamalara icazə verildiyini deyib.

Onun sözlərinə görə, zərbə alan obyektlərin yoxlanılması üçün xüsusi protokol olmalıdır və belə bir çərçivə olmadan Agentliyin yoxlama aparmaq hüququ yoxdur.

İslami UAEA-nın İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləmədiyini xatırladaraq, bu mövqedə olan qurumun həmin obyektlərdə yoxlama tələb etməsinin əsassız olduğunu bildirib.

“Nə hücumları qınayan, nə də belə hallar üçün konkret təlimata malik olan Agentliyin bu mərkəzlərdə yoxlama istəmək haqqı yoxdur”, – deyə o vurğulayıb. İAT sədri UAEA-nın baş direktoru Rafael Qrossinin dünya ictimaiyyəti qarşısında hesabat verməli olduğunu da qeyd edib. İslami bildirib ki, İranın nüvə obyektləri Agentliyin nəzarəti altında olduğu halda bu hücumlara münasibət bildirilməməsi ciddi suallar doğurub.

UAEA-nın baş direktoru Rafael Qrossi isə daha əvvəl İranla bağlı yoxlanışların qismən bərpa edildiyini, lakin əsas nüvə obyektlərinə- Natanz, İsfahan və Fordoya hələ də giriş əldə olunmadığını açıqlamışdı.

Onun sözlərinə görə, bu obyektlərdə xeyli miqdarda nüvə materialı və avadanlıq mövcuddur və Agentlik həmin məkanlara qayıtmalıdır.

Qeyd edək ki, İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və ordunun yüksək rütbəli rəhbərliyinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib. “12 günlük müharibə” zamanı İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, bir sıra yüksək rütbəli hərbçilər və 9 nüvə alimi həlak olub.

İsrailə açıq dəstək verən ABŞ 22 iyunda Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. İran isə 23 iyunda cavab olaraq ABŞ-nin Qətərdə yerləşən “Əl-Udeyd” hava bazasını hədəfə alıb. ABŞ Prezidenti Donald Tramp 24 iyunda İran və İsrail arasında atəşkəs əldə olunduğunu bəyan edib.скачать dle 11.3
Mojo.az Banner