Sumqayıtı tüstüyə boğan zibil poliqonunun yandırılmasına görə 4800 manat cərimə - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Sumqayıtı tüstüyə boğan zibil poliqonunun yandırılmasına görə 4800 manat cərimə - YENİLƏNİB

Tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb:

“Araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib. Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 800 manat məbləğində cərimə olunub. Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib”.

* * * * *

Sumqayıt şəhərində yenidən zibil poliqonları yandırılır.


Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılır.

Vətəndaşlar iddia edir ki, zibil poliqonlarında məişət tullantılarının yandırılması Sumqayıtda ilk belə hadisə deyil. Şəhəri bürüyən üfunət qoxusu sakinləri ciddi şəkildə narahat edir.

Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətinin rəsmisi Eyvaz Qocayev Oxu.Az-a açıqlamasında bildirib ki, məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlib.

Onun sözlərinə görə, uzun müddətdir toplanan tullantılar yer altında qazlaşmaya səbəb olduğundan yanğın baş verir:

“Hazırda Sumqayıt şəhərində məişət tullantılarının toplandığı ərazidə yanğın hallarının olmaması üçün torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür. Məsələ ilə bağlı icra hakimiyyəti yanında komissiya yaradılıb və işçi qrup fəaliyyətə başlayıb. Eyni zamanda Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması, yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib. Bununla bağlı layihə müvafiq dövlət qurumlarına təqdim olunub. Bu istiqamətdə də işlər davam etdirilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            642 30.07.21 17:19