Mojo.az Banner
11:56 Ceyhun Bayramov Ukraynaya getdi  |     11:50 Dubaydakı mağazalarda artıq kriptovalyuta ilə ödənişlərə başlanılıb  |     11:37 "Google" məşhur xidmətini LƏĞV EDİR: "Gemini" ilə əvəzlənəcək  |     11:30 Gecələr tez-tez oyanmağın üç qeyri-aşkar səbəbi  |     11:24 İctimai "Wi-Fi" şəbəkələrinə qoşularkən DİQQƏT: Saxta yeniləmə tələsi  |     11:15 Alimlər itlərdə allergiyaya səbəb olan geni dəyişdilər  |     11:10 Ağstafada mağaza sahibi müştərini ürəyindən bıçaqladı  |     11:04 Bakıdakı məşhur ticarət mərkəzində faciəli şəkildə ölən şəxs usta imiş  |     23:01 Ceki Çan Bakıda fanatlarını belə salamladı (Video)  |     22:55 Bloqer canlı yayımda öldürüldü  |     22:47 Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir  |     22:38 Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB  |     22:33 Bakıda Mirtağı məscidində baş verən yanğın söndürülüb  |     22:30 Paşinyan Trampın Azərbaycan-Ermənistan sülhündəki rolundan danışdı  |     22:29 Daha üç küçədə təmir işlərinə başlanılır  |     22:27 Ukraynada raket çatışmazlığı: Zelenski siyasi səbəbdən şübhələnir  |     22:13 Bakıda məscid yanır  |     22:04 Gəncədə ağır qəza: Dörd yaşlı qız da xəsarət aldı  |     21:54 Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq  |     21:53 Bakıda məşhur ticarət mərkəzində FACİƏ  |    
Left Banner
Right Banner

Rusiyalı ekspert: “Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır”

28.07.2021 16:32 795
Rusiyalı ekspert: “Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır”
“Ermənistan Azərbaycan sərhədində təxribat törədir. Ermənistan siyasi elitasının bir hissəsi danışıqlar prosesinə onları dəstəkləyən üçüncü ölkələri cəlb etmək istəyir”.

Bunu “Report”a rusiyalı millətlərarası münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov Azərbaycan - Ermənistan sərhədində gərginliyin artmasını şərh edərkən bildirib.

Onun fikrincə, bu cür addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər:

“Erməni politoloqları Ermənistanın dövlət olaraq uğursuz olmasını bildirirlər. Yəni bu ölkənin başbilənləri qonşularla yola getmir, əhalinin başını qisasçı şüarlarla qataraq iqtisadiyyatla məşğul olmurlar və bunlar dövlətçiliyi uçuruma aparır”.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gec-tez həll olunmalıdır, Ermənistan tərəfinin təxribatlar yolu ilə bunu uzatması onlara heç bir fayda gətirməyəcək:

“Rəsmi Moskva da regionda sülh olmasında maraqlıdır. Yəni burada söhbət Rusiya sülhməramlılarının da birbaşa iştirakı ilə sərhədlərin tam şəkildə delimitasiyası və demarkasiyasından gedir”.

“Ermənistan üçün sülh sazişi imzalamaqdan başqa çarə görmürəm. Qalan bütün variantlar onların iflası olacaq. Bu məsələyə başqa ölkələri də cəlb etməyə çalışan erməni siyasətçiləri isə təəssüf ki, vəziyyətin ciddiliyini dərk etmir. Ermənistan regionda yalnız qatmaqarışıqlıq salmaq istəyir”, - deyə rusiyalı ekspert bildirib.

“ABŞ-ın Ermənistandakı səfirinin sərhəd bölgəsinə gəlməsi sadəcə kiçik bir diplomatik fənddir” - deyən rusiyalı politoloq vurğulayıb ki, əslində, Ermənistan dövlət olaraq nə ABŞ, nə də Fransa üçün maraq kəsb etmir:

“Ona görə də Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır ki, bundan sonra regionda sərhədlər və nəqliyyat yolları açılacaq, iqtisadi əlaqələr artacaq”.скачать dle 11.3
Mojo.az Banner