Mojo.az — elanlar
Son Xəbərlər
12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |    
Mojo.az Avto
Mojo.az Avto

Bloqer canlı yayımda öldürüldü

05.08.2026 22:55 369
Bloqer canlı yayımda öldürüldü
Meksikanın Kulyakan şəhərində tanınmış bloqer Sezar Qastelum silahlı hücum nəticəsində öldürülüb. Hadisə onun TikTok platformasında canlı yayım apardığı vaxt baş verib.

Sosial şəbəkələrdə 600 minə yaxın izləyicisi olan Qastelum dostları ilə birlikdə fastfud restoranının yaxınlığında olarkən motosikletlə gələn, dəbilqə taxmış iki nəfər onlara yaxınlaşıb. Canlı yayım zamanı hücum edənlərdən biri bloqerə atəş açıb və o, aldığı güllə yaralarından hadisə yerində ölüb.

Sinaloa ştatının rəhbərliyi Sezar Qastelumun ölümünü təsdiqləyib və faktla bağlı cinayət işi açıldığını bildirib. Hadisənin baş verdiyi ərazidə genişmiqyaslı polis əməliyyatı keçirilib.

Yerli KİV-lərin məlumatına görə, qətl Sinaloa ştatının paytaxtı Kulyakanda cinayətkar qruplaşmalar arasında bölgəyə nəzarət uğrunda davam edən qarşıdurmalar fonunda baş verib. Bu səbəbdən son dövrlər şəhərdə zorakılıq halları əhəmiyyətli dərəcədə artıb.

Son xəbərlər