Mojo.az Banner
16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |     13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |    
Mojo.az Avto
Mojo.az Avto

Meksikada narkokartellər arasında qanlı toqquşma: Azı 20 nəfər ölüb

02.07.2024 12:53 2 382
Meksikada narkokartellər arasında qanlı toqquşma: Azı 20 nəfər ölüb
Meksikanın cənubundakı Çiapas ştatında narkokartellər arasında baş verən qarşıdurmada azı 20 nəfər ölüb.

Bu barədə ştatın İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Sinaloa kartelinin nümayəndələri ilə digər qrup arasında silahlı münaqişə iyunun 29-da Çiapas ştatının La Konkordiya bələdiyyəsində qeydə alınıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində 15 meyit olan yük maşını aşkar ediblər, digərlərinin meyitləri isə müxtəlif ərazilərdən tapılıb.

İlkin istintaq məlumatlarına görə, silahlı toqquşma Sinaloa karteli ilə Çiapas və Qvatemala kartelləri arasında sərhəd ərazisinə nəzarət üstündə baş verib.

Mənbə: Excelsiorскачать dle 11.3
Mojo.az Banner