Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Dubaydakı mağazalarda artıq kriptovalyuta ilə ödənişlərə başlanılıb

06.08.2026 11:50 546
Dubaydakı mağazalarda artıq kriptovalyuta ilə ödənişlərə başlanılıb
Dubayın beynəlxalq hava limanlarında fəaliyyət göstərən rüsumsuz ticarət mağazaları ("Duty Free") Yaxın Şərq regionunda ilk dəfə olaraq malların ödənişi üçün kriptovalyuta qəbul etməyə başlayıb.

Median.Az
-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə əmirliyin rəsmi qurumlarının açıqlamasında bildirilib.

"Dubayın "Duty Free" mağazalar şəbəkəsi rəqəmsal ödənişlər üçün tənzimlənən həll yolu təqdim edərək "Crypto.com Pay" sistemini rəsmən işə salıb və Yaxın Şərqdə bunu edən ilk pərakəndə satış obyekti olub", - deyə açıqlamada qeyd olunub.

Yenilik Dubay və Əl-Məktum beynəlxalq hava limanlarını əhatə edir.

Ödənişi həyata keçirmək üçün Crypto.com platformasının pulqabılarında kriptovalyutası olan müştərilər sadəcə tətbiqi açmalı və terminaldakı QR kodu oxutmalıdırlar. Sistem kriptovalyutanı avtomatik olaraq dirhəmə çevirərək mağazanın hesabına köçürəcək.

Rəsmi açıqlamada həmçinin bildirilir ki, Dubay hakimiyyəti 2026-cı ilin sonunadək özəl sektordakı əməliyyatların 90 faizini nağdsız formata keçirməyi hədəfləyir.

Son xəbərlər