ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı - Nəsirov Bəhruz Tapdıq oğlunun Cəbrayıl rayonu ərazisində minaya düşməsi ilə bağlı məlumat yayıb.

ANAMA-dan daxil olan məlumatda deyilir:

"İyulun 27-də Agentliyin əməkdaşı 1979-cu il təvəllüdlü Nəsirov Bəhruz Tapdıq oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı baş verib.

Nəticədə Nəsirov Bəhruz Tapdıq oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb, ilkin tibbi müayinə edilərək evə buraxılıb".

"İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı qurğularla yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsizlik səbəbindən bir daha vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq", - ANAMA-dan bildiirlib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            474 27.07.21 20:06