15 yaşlı qızın ailəsi: “Övladımızı evləndirməmişik, karantindən qorxduğumuza görə nişanlamışıq” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |    

15 yaşlı qızın ailəsi: “Övladımızı evləndirməmişik, karantindən qorxduğumuza görə nişanlamışıq” - FOTO

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xaçmaz rayonunda 15 yaşlı qızın 29 yaşlı oğlanla evləndirilməsinə münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ araşdırılıb:

“Sosial şəbəkələrdə görüntülər yayılan kimi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal məsələyə reaksiya verdi. Komitə rəhbərliyinin tapşırığı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailədə olublar. Onlar əməkdaşlara bildirilib ki, 15 yaşlı qız ərə verilməyib, sadəcə nişan edilib.

Ailə qeyd edib ki, pandemiya görə yenidən sərt karantinin olmasından qorxduqları üçün nişan ediblər. Qızın toyu təhsilini bitirdikdən sonra, 18 yaşı tamam olan zaman baş tutacaq”.

O qeyd edib ki, məsələ komitənin nəzarətindədir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            738 27.07.21 13:02