Mojo.az Banner
13:35 Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı - İDDİA (Video)  |     13:32 Pakistanda polis bölməsinə hücum edən silahlı dəstə zərərsizləşdirilib  |     13:17 Bakı metrosunda ÖLÜM  |     13:15 "Moody's": Azərbaycan-Ermənistan sülh razılaşması geosiyasi riskləri azaldır  |     13:11 Binəqədidə maşın qaçıran şəxs saxlanıldı  |     13:03 Tanınmış həkim Ədalət Rüstəm vəfat etdi  |     23:01 Bu balıq bir neçə ay oksigensiz yaşaya bilər: Bunu necə edir?  |     22:56 Bakıda mobil internetin vəziyyəti necədir?  |     22:50 Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?  |     22:42 Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq  |     22:35 İsveçrə Rusiyaya görə beş azərbaycanlıya sanksiya tətbiq etdi  |     22:30 Şənbə günü sulu qar yağacaq  |     22:23 "Porsche"nin satışları 10 faiz azaldı  |     22:18 Gəncədə 73 yaşlı qadını maşın vurdu  |     22:10 "Hamı qorxu içindədir, şikayət edirik, eşidən yoxdur" - Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradıb (Video)  |     21:57 Fransada Azərbaycan mətbəxi təqdim olunub: Blua şəhərində "Səbzi plov" maraqla qarşılanıb  |     21:54 Münhen Təhlükəsizlik Konfransı İran XİN rəhbərinə dəvətini geri götürüb  |     21:44 Türkiyə Ermənistanla sərhəd məntəqəsini bu tarixdə açacaq  |     21:37 Naməlum Antarktida: Buz təbəqəsinin altında nələr var?  |     21:29 Dövlət Xidməti 3 ədəd avtomobil alır - QİYMƏT  |    
Left Banner
Right Banner

Ağdaş sakinləri “patı” ilə saxlanıldı -VİDEO

24.07.2021 17:41 1 182
Ağdaş sakinləri “patı” ilə saxlanıldı -VİDEO
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı, eləcə də çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Araz Cabbarov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 21 kiloqramdan artıq olan 22 ədəd çətənə kolu aşkarlanıb.

Həmçinin, davam etdirilən tədbirlərlə onun evində gizlətdiyi 118 qram heroin, qurudulmuş marixuana və “patı” kimi tanınan psixotrop maddə metamfetamin də qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən şəhər sakini Mahir Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub və faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.скачать dle 11.3