Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Fransada Azərbaycan mətbəxi təqdim olunub: Blua şəhərində "Səbzi plov" maraqla qarşılanıb

16.01.2026 21:57 990
Fransada Azərbaycan mətbəxi təqdim olunub: Blua şəhərində
Fransanın Blua şəhərində fəaliyyət göstərən, sosial inteqrasiya və kulinariya bacarıqlarının inkişafına yönəlmiş "Mirabeau" assosiasiyasının mətbəx atelyesində Azərbaycanın milli xörəyi olan "Səbzi plov" təqdim edilib.

Tədbir çərçivəsində fransız iştirakçılar Azərbaycan mətbəxinin zənginliyi və süfrə mədəniyyəti barədə ətraflı məlumatlandırılıb.

Atelyedə Azərbaycanı təmsil edən Nərminə Məmmədova fransız qonaqlar üçün xüsusi olaraq "Səbzi plov" hazırlayıb. O, bişirilmə prosesinin iştirakçılar tərəfindən böyük maraqla izlənildiyini vurğulayıb:

"Azərbaycan mətbəxini təmsil etmək mənim üçün qürurvericidir. Hazırlanma prosesi boyunca iştirakçılar böyük həvəslə mənə kömək etdilər, hər bir detalı öyrənməyə çalışaraq resepti qeydə aldılar. Süfrə ətrafında isə söhbətimiz yalnız kulinariya ilə məhdudlaşmadı; Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixi haqqında geniş fikir mübadiləsi aparıldı. Bir daha əmin oldum ki, fransız qonaqlar üçün Azərbaycan mətbəxinin ən uğurlu seçimlərindən biri məhz 'Səbzi plov'dur".

Sonda qonaqlara milli üsulla dəmlənmiş Azərbaycan çayı və ballı tort təqdim olunub. Tədbir iştirakçıları Azərbaycanın bu ahəngdar dadlarının onlarda zəngin təəssürat yaratdığını bildiriblər.скачать dle 11.3
Mojo.az Banner