İlham Əliyevin son sərəncamları ilə neçə hərbçi orden və medallar aldı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |     14:08 Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq  |     13:52 Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər  |     13:40 Bu hallarda kirayəyə ev verənləri cəza gözləyir - AÇIQLAMA (VİDEO)  |     13:20 Səs yazısı yayılan bağça müdiri ilə bağlı rəsmi açıqlama  |     13:17 Pensiya alanların NƏZƏRİNƏ: Ödənişlər edildi  |     13:15 Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - YENİLƏNİB  |     13:14 Ögey atasını öldürmüş şəxsə cəza verilmədi - FOTO  |     13:10 Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi  |     13:09 Ağcabədidə iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub  |     13:07 Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub  |    

İlham Əliyevin son sərəncamları ilə neçə hərbçi orden və medallar aldı?

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11 365 nəfər “Füzulinin azad olunmasına görə”, 11 831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3 435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10 211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5 867 nəfər “Qubadlının azad olunmasına görə”, 5 784 nəfər “Şuşanın azad olunmasına görə”, 3 522 nəfər “Ağdamın azad olunmasına görə”, 4 225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2 643 nəfər “Laçının azad olunmasına görə”, 10 647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2 893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1 743 isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Prezidentin digər Sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbiçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Ümumilikdə təltif olunanların sayı 76 349 nəfərdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            696 25.06.21 12:18