Mojo.az Banner
23:01 Xırdalan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  |     22:54 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib  |     22:49 2 avtobusda gedişhaqqı artırıldı  |     22:43 "WhatsApp" "Meta" AI söhbətləri üçün gizli rejimi aktivləşdirdi (FOTO)  |     22:38 Məşhur şirkətlər süni intellektə görə minlərlə əməkdaşı ixtisar edir  |     22:30 Beyləqan Xəstəxanasında daha bir vəzifəli şəxs işdən çıxdı  |     22:25 Bu mənzillər ucuzlaşa BİLƏR  |     22:19 Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ  |     22:12 İranla yeni müharibənin anonsu verildi  |     22:04 Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI  |     21:59 Sosial şəbəkələrdəki bu reklamlarla bağlı - Xəbərdarlıq  |     21:51 İçərişəhər sakinlərinin sistemli uçotuna başlanıldı - İlk dəfə  |     21:44 Şuşadakı bu 3 bina sökülə bilər  |     21:39 May pensiyaları ödənildi  |     21:33 Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı  |     21:25 Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar  |     21:20 11 ildən sonra süni intellekt sayəsində 400 min dollarlıq "Bitcoin"ə çıxış əldə etdi  |     21:13 Bakıda taksilər avtobus zolaqlarından istifadə edə biləcəklər? - AÇIQLAMA  |     21:08 "Space"də islahatlar davam edir: Radionun direktoru da işdən çıxarıldı  |     21:00 Azərbaycanda ən çox tələb olunan 10 peşə: Orta əməkhaqqı nə qədərdir?  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Şuşa bəyannaməsi tarixi Qars müqaviləsinə istinad edir”

15.06.2021 18:14 2 469
İlham Əliyev: “Şuşa bəyannaməsi tarixi Qars müqaviləsinə istinad edir”
Şuşa bəyannaməsi tarixə əsaslanır, burada xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları əksini tapır.

Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

“20-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 20-ci əsrin sonlarında Heydər Əliyev demişdi ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu tarixi sözlər bizim fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik. Və 21-ci əsrdə azad edilmiş Şuşada müttəfiqlik bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”, - deyə o qeyd edib.

İlham Əliyev əlavə edib ki, birgə bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir:

“Tarixi Qars müqaviləsi yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.скачать dle 11.3
Mojo.az Banner