“Bu günə qədər Azərbaycanda 5 500-dən artıq şəxsə “Şəhid ailəsi üzvü” vəsiqəsi verilib”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev “Sosial saat”da deyib.
O qeyd edib ki, vəsiqələr agentliyin əməkdaşları tərəfindən şəhid ailələri ilə görüşlər zamanı onlara təqdim edilib.