Mojo.az Banner
18:56 Elşad Quluyev vəzifəsindən azad edildi  |     18:43 Çindən məhsul sifariş edənlərin NƏZƏRİNƏ: Bağlamalar ləngiyə bilər  |     18:41 Bu istiqamtə də marşrutların hərəkət sxemləri dəyişir  |     18:22 Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT  |     18:04 Sabunçuda ailə dramı: Ər arvadını, baldızını və onların nənəsini bıçaqladı – TƏFƏRRÜAT  |     17:51 General-leytenant bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir  |     17:42 İcra başçısı 66 yaşında baş memar təyin etdi  |     17:31 ABŞ-də miqrantlara qarşı YENİ DALĞA - 1,6 milyon əcnəbi deportasiya təhlükəsi ilə üzləşib  |     17:21 Günəşdə güclü partlayış baş verib  |     17:04 Evlərdən 8 min manatlıq oğurluq edildi  |     16:41 Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb  |     16:24 Bakıda hoteldə 25 yaşlı oğlan öldü  |     16:20 Ata Abdullayev azadlığa buraxıldı  |     16:14 DTX-nin tutduğu sabiq icra başçısı ilə bağlı QƏRAR VERİLDİ  |     15:57 Naxçıvanda tələbə qız öldü - FOTO  |     15:48 30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI - FOTO  |     15:35 Paralimpiyaçımız İtaliyada mübarizəyə qoşulur  |     15:34 Himayəsindəki yeniyetməyə işgəncə verən Günay Novruzova barədə YENİ QƏRAR - VİDEO  |     15:21 Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyun təqvimi açıqlandı  |     15:10 Leyla Əliyeva "Sinxronizasiya" sərgisindən paylaşım etdi - FOTO  |    
Left Banner
Right Banner

AzTV Laçından veriliş yayımlayacaq - VİDEO

18.05.2021 18:44 1 188
AzTV Laçından veriliş yayımlayacaq - VİDEO
AzTV-nin “Əsas məsələ” proqramının 18 may buraxılışı Laçın rayonundan yayımlanacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumatına görə, Laçının 1992-ci ildə işğalının və 2020-ci ildə azad edilməsinin təfərrüatı müqayisəli təhlil edilib, verilişin qonaqları işğaldan azad olunan rayonda görüləcək işlər barədə müzakirələr aparıblar.

Laçının Güləbird kəndində aparılmış çəkilişlər zamanı xatırladılıb ki, elə burada da “Ağıllı kənd” layihəsi icra olunacaq.

Verilişə bu gün saat 22:20-də AzTV-də baxa bilərsiniz.

Qeyd edək ki, Laçın rayonu 1992-ci ilin bu günü - 18 may tarixində Ermənistan tərəfindən işğal olunmuşdu. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu yenidən Azərbaycanın nəzarəti altına keçib.
скачать dle 11.3
Mojo.az Banner