Peru mətbuatı Qarabağdakı erməni vandalizmindən yazıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:31 Hacıqabulda avtomobil azyaşlını vurdu  |     21:23 Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu  |     21:11 Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı  |     20:58 Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb  |     20:50 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb  |     20:37 Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb  |     20:36 Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb  |     20:29 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb  |     20:18 Gədəbəydə “Yaşıl marafon" keçirilib  |     20:11 İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür  |     20:01 Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb  |     19:54 Nizami rayonunda 38 yaşlı qadını avtomobil vurub  |     19:46 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı  |     19:38 Azərbaycanda bir ildə ailə-məişət davalarında öldürülən qadınların sayı AÇIQLANDI - FOTO  |     19:19 Rusiya Yaponiya və ABŞ-nin yaratdığı hərbi təhdidlərə cavab verəcəyini bildirib  |     18:55 Sənədsiz evi olanlara şad xəbər - Bu tarixdən "kupça" veriləcək  |     18:53 Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA  |     18:44 Toni Kroos “Real Madrid”dən ayrıla bilər  |     18:18 "Qaqarin” körpüsü sökülür? - VİDEO  |     18:15 Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA  |    

Peru mətbuatı Qarabağdakı erməni vandalizmindən yazıb

Perunun tanınmış KİV-lərindən “La Republica” qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Qarabağda müharibədən sonrakı vəziyyət, burada müşahidə olunan erməni vandalizmi, Azərbaycanın apardığı bərpa və yenidənqurma işləri, qarşıya çıxan çətinliklər və regionda davamlı sülhün şərtləri barədə müsahibəsi dərc olunub.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Müsahibədə bölgədə münaqişə sonrası geosiyasi durumla əlaqədar 44 günlük müharibənin yekununda Azərbaycan ərazilərinin işğaldan azad edildiyi, münaqişənin bitmiş sayıldığı, regionda nəqliyyat və kommunikasiyaların açılması haqda razılıq əldə olunduğu və hazırda ölkəmizin bölgənin iqtisadi dirçəlişi istiqamətində önəmli səylər göstərdiyi bildirilir.

30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan ərazisinin beşdə birinin Ermənistan tərəfindən tamamilə dağıdıldığı, vaxtilə 1 milyona yaxın azərbaycanlı əhalinin yaşadığı və hazırda viranəyə çevrilmiş bu torpaqlarda ermənilərin kütləvi minalama aparmış olması və beynəlxalq humanitar hüquqa zidd olaraq həmin partlayıcı qurğuların yerləşmə xəritəsini verməkdən imtina etməsi səbəbindən soydaşlarımızın bu gün də öz yurdlarına qayıda bilmədiyi qeyd olunur.

Azərbaycan hökumətinin ən öncül məqsədinin azərbaycanlı məcburi köçkünlərin mümkün qədər qısa zamanda evlərinə qayıdışını təmin etmək olduğu, bu məqsədlə bölgədə intensiv minatəmizləmə və infrastrukturun bərpa edilməsi, bu xüsusda nəqliyyat yolları, hava limanları, hospital, məktəb, “ağıllı kəndlər” və digər layihələrin həyata keçirilməkdə olduğu, Türkiyə, İtaliya, İsrail kimi dost ölkələrdən olan şirkətlərin də ən innovativ texnologiyalarla bu işlərə cəlb edildiyi haqqında məlumat verilir.

Bununla yanaşı, münaqişənin təsirinə məruz qalmış ərazilərdə onilliklər ərzində Ermənistan tərəfindən dağıdılmış tarixi-mədəni abidələrimizin restavrasiyası işlərinin aparıldığı deyilir.

Bölgədə davamlı sülhün təmin edilməsinin başlıca şərtləri haqda suala münasibətdə keçmiş münaqişə tərəflərinin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalı, eyni zamanda Ermənistanın qonşularına qarşı nifrət siyasətindən əl çəkməli və xalqını barışığa hazırlamalı olduğu söylənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            867 12.05.21 13:35