Mojo.az Banner
23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |     22:50 Oman sahilləri yaxınlığında tankerə hücum edilib  |     22:22 Yuxuda qızıl tapmaq nə deməkdir?  |     22:17 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |     22:12 Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi  |     22:06 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı  |     22:00 "Bəxt quşu" 4 BÜRCÜN çiyninə qonacaq  |     21:52 Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət alıb  |     21:46 İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?  |     21:41 Trampın sosial media paylaşımları pulla satılacaq  |     21:32 "Moody’s" SOCAR-ın reytinqini açıqladı  |     21:27 Konqoda Ebola virusundan ölənlərin sayı artır - Son rəqəmlər  |     21:19 Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ  |     21:13 İraqda Starlink rəsmi fəaliyyətə başlayır  |     21:00 Əhmədabad şəhərində güclü partlayış - Ölənlər var  |     20:53 Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub  |     20:41 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü  |     20:35 Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı  |    
Left Banner
Right Banner

Bakı metrosu “97 qəpik” məsələsinə aydınlıq gətirdi

08.05.2021 21:05 2 661
Bakı metrosu “97 qəpik” məsələsinə aydınlıq gətirdi
“Bu gün sosial şəbəkələrdə qiymət artımı ilə bağlı məsələlərdən çox bəhs olunur. Məlumatlarda bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sərnişindaşımanın 97 qəpik olacağı ilə bağlı yayılmış məlumata aydınlıq gətirərkən deyib.

Qurum rəsmisinin sözlərinə görə, metroda sərnişindaşıma bərpa olunanda, qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlışdır:

“Hər bir sahədə olduğu kimi, metroda da proqnozlaşdırma var. Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərcin 97 qəpik olması gözlənilir.

2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib. Sərnişin 30 qəpiyə daşınıb. 2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib, 30 qəpiyə daşınıb.

97 qəpik isə proqnozlaşdırılandır. Bəlkə, metro iyunun 1-i açılmayacaq?!”

O vurğulayıb ki, gözlənilən və ya proqnozlaşdırılan hələ fakt deyil:

“Bəlkə, açılacaq, 132 milyon deyil, daha az və ya daha çox daşınacaq?! Yəni qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq.

Amma qiymət artımı fərqli mövzudur. Maraqlanmaq istəyənlər üçün bildirim ki, hələlik Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır”.скачать dle 11.3
Mojo.az Banner