Mojo.az Banner
20:32 İş adamına 1 milyon manat "atan" biznesmenlə bağlı qərar verildi  |     20:25 Gecə şəkəri normal saxlamaq üçün nə içmək lazımdır?  |     20:20 Cəlbediciliyi artırmaq üçün sadə hiylə - Alimlər açıqladı  |     20:12 Kolumbiyada ölənlərin sayı artdı  |     20:07 Üçüncü ixtisas qrupu ilə bağlı vacib məlumatlar  |     19:59 Ağaclar qanunsuz kəsildi - Təbiətə 71 min manatdan çox ziyan vurdular  |     19:54 Şəhid anası vəfat etdi  |     19:46 İkinci qrupda 600 və daha çox bal toplayanları sayı açıqlandı  |     19:40 İkinci ixtisas qrupunda neçə plan yeri ayrılıb?  |     19:33 Rusiya hərbi binasını partlatmağa çalışan qadın həbs edildi  |     19:28 Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı  |     19:23 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     19:20 Ekspres marşrutların ilk və son dayanacağı - Video  |     19:15 Avtoxuliqanlıq edən moped sürücüsü həbs olundu  |     19:09 İcra başçısını təhqir edən şəxs həbs olundu  |     19:01 BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi  |     18:55 Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi  |     18:46 Payız üçün ən dəbli saç rəngi açıqlandı  |     18:41 Ronaldo yeni imicdə  |     18:18 Kartdan-karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Trampın sosial media paylaşımları pulla satılacaq

18.07.2026 21:41 240
Trampın sosial media paylaşımları pulla satılacaq
ABŞ Prezidenti Donald Trampın təsis etdiyi sosial media platforması "Truth Social" istifadəçilərə onun paylaşımlarına erkən çıxış imkanı təqdim etməyi nəzərdən keçirib.

Bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, platforma investor və treyderlərə Trampın paylaşımlarını digər istifadəçilərdən daha tez görmək imkanı vermək üçün aylıq 100 min dollara qədər ödəniş tələb etməyi müzakirə edib.

Nəşrin yazdığına görə, şirkət bu ideyanı potensial müştərilərlə danışıqlar zamanı gündəmə gətirib. Layihənin tərəfdarları hesab edirlər ki, Trampın açıqlamaları və sosial şəbəkədəki paylaşımları maliyyə bazarlarına ciddi təsir göstərdiyindən, onlara bir neçə dəqiqə və ya saniyə əvvəl çıxış əldə etmək investorlar üçün böyük üstünlük yarada bilər.

Bildirilir ki, xüsusilə yüksək tezlikli birja əməliyyatları aparan treyderlər belə xidmətdən faydalana bilərlər. Çünki Trampın iqtisadiyyat, ticarət siyasəti, tariflər və beynəlxalq münasibətlərlə bağlı paylaşımları tez-tez səhm, valyuta və digər aktivlərin qiymətlərində kəskin dəyişikliklərə səbəb olur.

Hələlik "Truth Social" tərəfindən belə xidmətin rəsmi şəkildə istifadəyə veriləcəyi təsdiqlənməyib.
скачать dle 11.3
Mojo.az Banner