Mojo.az Banner
19:59 Ağaclar qanunsuz kəsildi - Təbiətə 71 min manatdan çox ziyan vurdular  |     19:54 Şəhid anası vəfat etdi  |     19:46 İkinci qrupda 600 və daha çox bal toplayanları sayı açıqlandı  |     19:40 İkinci ixtisas qrupunda neçə plan yeri ayrılıb?  |     19:33 Rusiya hərbi binasını partlatmağa çalışan qadın həbs edildi  |     19:28 Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı  |     19:23 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     19:20 Ekspres marşrutların ilk və son dayanacağı - Video  |     19:15 Avtoxuliqanlıq edən moped sürücüsü həbs olundu  |     19:09 İcra başçısını təhqir edən şəxs həbs olundu  |     19:01 BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi  |     18:55 Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi  |     18:46 Payız üçün ən dəbli saç rəngi açıqlandı  |     18:41 Ronaldo yeni imicdə  |     18:18 Kartdan-karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA  |     18:14 Sumqayıtda kafedə yanğın: Obyekt tamamilə külə döndü  |     18:02 Bakıda 18 istiqamətdə sıxlıq va  |     17:56 Bakı və bir sıra rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     17:47 Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb  |     17:45 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib  |    
Left Banner
Right Banner

Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi

18.07.2026 22:12 237
Britaniyada
Böyük Britaniyanın dəmir yolu infrastrukturunu idarə edən "Network Rail" dövlət şirkəti buxar mühərrikli qatarların hərəkətini qadağan edib. Buna səbəb "Harri Potter" filmlərindəki məşhur qatarın təbiətdə yanğına yol açması və bununla əlaqədar yaranan təhlükəsizlik narahatlıqlarıdır.

Bu məlumatı "Daily Mail" nəşri yayıb.

Söhbət "West Coast Railways" şirkətinin "Yakobit" parovozundan gedir. Bu lokomotiv bütün dünyada "Hoqvarts Ekspresi" kimi tanınır.

Sözügedən qadağa ötən həftə baş verən yanğından sonra tətbiq edilib. Alovlanmanın buxar lokomotivindən sıçrayan qığılcım üzündən yarandığı güman olunur. Hadisə səbəbindən Qərb Magistral Dəmir Yolu xəttində nəqliyyatın hərəkəti hər iki istiqamətdə dayandırılıb. Nəticədə 72 qatarın reysi təxirə salınıb, əlavə 158 reysdə isə gecikmələr yaşanıb.

"Network Rail" şirkəti çarter xidməti göstərən operatorlara müraciət edərək, yanğın təhlükəsizliyi qaydaları çərçivəsində buxar mühərriklərinin dizel sistemləri ilə əvəzlənməsini tələb edib. Paralel olaraq, Qərb Sahili Magistral Dəmir Yolundakı alovlanmanın dəqiq səbəblərini müəyyənləşdirmək üçün təhqiqat işləri aparılır.

Məlum olduğu kimi, "Hoqvarts Ekspresi" "Harri Potter" filmindəki kult qatardır və hər il sentyabrın 1-i saat 11:00-da London şəhərinin Kinqs-Kross stansiyasındakı 9¾ nömrəli platformadan hərəkətə başlayır. Həqiqi həyatda isə fanatlar onun real versiyası hesab edilən "Yakobit" parovozunda səyahət etmək imkanına malik idilər.скачать dle 11.3
Mojo.az Banner