Mingəçevirdə 13 min manat dəyərində kabel oğurlayan şəxslər ələ keçdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |    

Mingəçevirdə 13 min manat dəyərində kabel oğurlayan şəxslər ələ keçdi

Mingəçevirdə fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi dəyəri 13 min manat olan 130 top kabelin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - əvvəllər də oğurluğa görə məhkum olunmuş Ənvərpaşa Qasımov, Elvin Şirəliyev və Səməd Əliyev saxlanılıb.

İstintaq zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkən şəxsin evində fəhlə işlədiyi üçün kabellərin yerini bilən Ə.Qasımov bir neçə dəfə həmin ünvana oğurluq məqsədilə daxil olub. Sonuncuda isə daha çox qazanc əldə etmək üçün bu işə öz dostlarını da cəlb edib. Onlar oğurladıqları kabelləri əlvan metal qəbulu məntəqələrinə satıblar. Davam etdirilən tədbirlərlə Ə.Qasımovun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun şəhər ərazisindəki qəssab dükanından da oğurluq etdiyi məlum olub.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            675 07.05.21 15:21