İki doz peyvənd alanlar bir də peyvənd olunacaqmı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

İki doz peyvənd alanlar bir də peyvənd olunacaqmı?

Böyük Britaniya payızda, yaşı 50-dən yuxarı olan ölkə vətəndaşlarına yenidən, yəni üçüncü peyvənd olunmağı təklif edəcək. Hazırda İngiltərənin Baş həkimi Kris Uitin rəhbərliyi altında iki peyvənd sınaqdan keçirilir.

Peyvəndlərdən biri xüsusilə koronavirusun yeni ştammlarına qarşı effektiv olacaq. Qeyd edək ki, Britaniyada hazırda "BioNTech", "Pfizer" və "AstraZeneca" preparatları ilə vaksinasiya aparılır.

Azərbaycanda isə vaksinasiya prosesi iki mərhələdə həyata keçirilir. Mütəxəssislər ölkənin epidemioloji durumuna görə vaksinasiya prosesinin hələki iki mərhələdə aparılmasını məqbul hesab edirlər.

Maraqlıdır, yoluxma artsa və ya epidemioloji durum gərginləşsə, peyvəndləmənin üçüncü mərhələsi gündəmə gətirilə bilərmi?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla sözügedən məsələnin hələ ki aktual olmadığını deyib:

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi olsa, yəqin ki, Azərbaycanda da vətəndaşlar peyvəndləmənin üçüncü mərhələsinə cəlb edilə bilər. Belə bir qərar hələ ki gündəmdə deyil. Bu, epidemioloji vəziyyətdən asılıdır".

Məlumat üçün bildirək ki, Azərbaycanda əhalinin 15 faizi koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunub.Vaksinasiya olunmayanlar isə hələ ki, ölkə əhalisinin 85 faizini təşkil edir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın statistikasına görə bu gün birinci mərhələ üzrə 7 957 nəfər, ikinci mərhələ üzrə isə 21 821 nəfər vaksinasiya olunub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 milyon 566 min 106-dır. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578 144 təşkil edir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            357 05.05.21 22:14