Eldar Əzizov icra başçısına irad tutdu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:04 Dağıstanda içməli sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 110 nəfər xəstəxanaya yerləşdirildi  |     15:59 Günəşdə güclü partlayış baş verdi  |     15:58 Azad edilmiş ərazilərdə artıq 5 gün qalmaq mümkün olacaq - Müddət uzadıldı  |     15:41 Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişikliyi təsdiqləyib  |     15:39 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir  |     15:37 "Keşlə" bazarında istehlaka yararsız 700 kiloqramdan çox balıq məhsulu aşkarlandı  |     15:35 Bakıda və Abşeronda unun topdansatış qiyməti azalıb  |     15:24 Azərbaycanda bəzi şagirdlərə pulsuz məktəbli formaları veriləcək  |     15:23 Biləsuvarda əməliyyat: Marixuana və tiryək aşkarlandı  |     15:21 Əsgər ziyarətindən qayıdan üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU  |     13:39 Milli Məclis TƏSDİQLƏDİ: Naxçıvan Muxtar Respublikasının Konstitusiyası DƏYİŞƏCƏK  |     13:12 Azərbaycan nefti bahalaşıb  |     13:04 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki DƏYİŞİR  |     12:59 Azərbaycanlı tanınmış bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI  |     12:50 Hamilə qadınlara hansı tibbi xidmətlər PULSUZDUR?  |     12:23 Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb  |     12:20 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi  |     12:13 Tanınmış biznesmenin oğlu Bakıda binadan yıxılaraq öldü - FOTO  |     12:11 Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranənin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR  |     12:08 Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı  |    

Eldar Əzizov icra başçısına irad tutdu

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırkı vəziyyəti ilə bağlı videokonfrans formatında müşavirə keçirilib.

Bu barədə BŞİH-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illərdə Prezident İlham Əliyevin səyləri nəticəsində Bakı şəhərinin parklar şəhərinə çevrilməsini və bu prosesin davam etdiyini vurğulayıb.

Praktiki olaraq şəhərin bütün rayonlarında çoxsaylı parklar, bağlar və istirahət guşələri yaradılıb. İDEA İctimai Birliyi və şəxsən təşkilatın rəhbəri Leyla Əliyevanın fəaliyyətinin nəticəsi olaraq məhəllələrarası parklar yaradılıb və bu proses inkişaf etməkdədir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun səviyyəsi də artmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Müşavirədə ölkə başçısının Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon icra hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb. Qeyd edilib ki, hər bir rayon icra hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır. Əgər ərazidəki park şəhər və ya rayon icra hakimiyyətinin balansında deyilsə, bu zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir. Şəhər icra hakimiyyətinin başçısı əlavə edib ki, son vaxtlarda bəzi məmurlar problemləri həll etmək əvəzinə bir sıra bəhanələr gətirirlər ki, bu da yolverilməzdir.

Qeyd edilib ki, may ayının 20-dən sonra görülən işlərlə bağlı paytaxt rayonlarının icra hakimiyyətləri başçılarının hesabatları dinləniləcək.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 320 04.05.21 14:45