Koronavirusun müalicəsində YENİ ÜMİD » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |    

Koronavirusun müalicəsində YENİ ÜMİD

"Pfizer" tərəfindən koronovirusa qarşı işlənib-hazırlanan və "PF-07321332" şərti adı ilə təcrübədən keçirilən dərman preparatı bu ilin sonuna kimi satışa buraxa bilər.

Median.Az
xəbər verir ki, sözügedən preparat üzərində işə mart ayında başlanılıb. "Pfizer"-in dünya miqyaslı Tədqiqat, inkişaf və tibb bölümünün rəhbəri Mikael Dolsten bu barədə məlumat verərək qeyd edib: "Biz "PF-07321332" dərmanını virusa yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsinə və ya reanimasiyada qalmasına ehtiyac olmadan, infeksiyanın ilk əlamətlərində tətbiq oluna bilən potensial oral terapiya şəklində hazırlamışıq".

Qeyd edək ki, preparatın bir aya yaxındır ki, davam edən sınaqlarında 18-60 yaş arası könüllülər iştirak ediblər.

Məlumatda o da bildirilir ki, koronavirusa yoluxan insanlara dərmanın necə təsir göstərdiyini müəyyənləşdirmək üçün əlavə sınaqlara ehtiyac var. Odur ki ilkin sınaqların nəticələri ümidverici olsa belə, preparat ən tez bu ilin sonunda satışa buraxıla bilər. (publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            333 28.04.21 23:00