Mojo.az Banner
18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |     17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |     16:23 Ötən gün 9 odlu silah aşkarlanıb  |     16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da Azərbaycan Amerika Cəmiyyətinin evi olan tarixi bina niyə satılıb? - VİDEO

10.04.2021 18:39 1 449
ABŞ-da Azərbaycan Amerika Cəmiyyətinin evi olan tarixi bina niyə satılıb? - VİDEO
ABŞ-da 1957-ci ildən Azərbaycan Amerika Cəmiyyətinin evi olan tarixi bina satılıb. Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən sonra Amerikaya mühacirət edənlərin toplaşdığı tarixi evdə Azərbaycan mədəniyyəti də qorunub- saxlanıb. Bəs bina niyə satılıb və ordan əldə edilən pul nəyə xərclənəcək?

"Xəzər Xəbər"in Amerikadakı müxbiri Vüsalə Abbasova bu suala cavab axtarıb...

Milli.Az xezerxeber-ə istinadən bildirir ki, ABŞ-da fəaliyyət göstərən ilk diaspor təşkilatı olan Azərbaycan Amerika Cəmiyyəti 1957-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı tərəfində təsis edilib. ABŞ-a ilk dəfə olaraq Azərbaycan bayrağını gətirən Saleh bəyin ən böyük arzusu ABŞ-da yaşayan Azərbaycan icmasını bir yerə toplamaq idi. Elə bu səbəbdən də, o, Azərbaycan icmasından topladığı pullarla 1972-ci ildə Nyu-Cersi ştatının Nevark adlanan bölgəsində geniş otaqlardan ibarət tarixi bir köşkü satın alır. Saleh Şeyxzamanlı evin həyətində böyük məscid də inşa etdirir.

Köhnə görkəmindən əsər-əlamət qalmayan ev bir vaxtlar ABŞ-a Azərbaycandan qonaq gələn bütün mötəbər şəxslərin ilk ziyarət yeri idi. Bu evdə Polad Bülbüloğlu, Zeynəb Xanlarova və bir çox böyük sənətkarımız həmvətənlərimizlə görüşlər keçirib, Amerikada mühacir həyatı yaşayan soylaşlarımız burada adət-ənənələrimizi və irsimizi qoruyub- saxlayırdılar.

Azərbaycan evinin önündə yazılan löhvədə göstərilir ki, ev 2019-cu ildə Azərbaycan Amerika Cəmiyyəti deyil, başqa bir təşkilatın adı altında satışa çıxarılıb və sözügedən ərazidə nəhəng bir bina tikiləcək.

Hazırda bu cəmiyyətə rəhbərlik edən Tomris Azəri il əlaqə saxladıq. Bu mövzuda müsahibə vermək istəmədiyini deyən təşkilat rəhbəri evin satıldığını və əldə olunan vəsaitin dərnəyə aid bir bank hesabında saxlanıldığını bildirdi.скачать dle 11.3
Mojo.az Banner