Mojo.az Banner
14:59 Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər  |     14:58 Alyona Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO  |     13:50 Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb  |     13:42 Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı  |     13:37 Şənbə günü hava yağmursuz keçəcək  |     13:34 Qarabağda qalan sonuncu ermənilər də Ermənistana köçürüldü  |     13:22 Suriyadan gətirilən ana və uşaqları sosial xidmət müəssisəsinə yerləşdirildilər  |     13:07 Altı milyon manatlıq mənimsəmədə ittiham olunan MN-in sabiq xidmət rəisinin cəzası azaldıldı  |     13:00 Sahibkarlara ŞAD XƏBƏR: Yoxlamalar daha bir il olmayacaq  |     12:47 Bakıda restoranda ad günü məclisində artıq yazılmış hesaba görə dava düşdü: Həbs olunan var  |     12:41 Gürcüstandan Azərbaycana ekstradisiya edilən şəxslər DGK-dakı qaçaqmalçılıq işi üzrə axtarışda olublar  |     12:33 Göygöldə adam bıçaqladı, Daşkəsəndən qohumu ilə birgə mal-qara oğurladı - Məhkəmə işi  |     12:10 Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib  |     12:10 Bakıda 60 yaşlı kişi iynədən şoka düşüb öldü - TƏFƏRRÜAT  |     12:09 Füzulidə 16 kiloqram narkotik vasitə aşkarlanıb - Video  |     12:06 Bakı Dəmiryol Vağzalında ölüm  |     12:04 Azərbaycan nefti ucuzlaşıb  |     12:02 Avtomobilin qışda heç bir fəsad olmadan hərəkətsiz dayana biləcəyi müddət açıqlandı  |     12:00 Arzu Əliyevanın doğum günüdür  |     11:56 Azərbaycanın axtarışa verdiyi şəxslər Gürcüstanda ƏLƏ KEÇDİLƏR  |    
Left Banner
Right Banner

Operativ Qərargah AVRO-2020 üçün tribunalara azarkeşin buraxılmasına qərar verdi - RƏSMİ

08.04.2021 17:06 1 179
Operativ Qərargah AVRO-2020 üçün tribunalara azarkeşin buraxılmasına qərar verdi - RƏSMİ
Futbol üzrə Avropa çempionatının (AVRO-2020) Bakıda keçiriləcək dörd oyununda tribunalara nə qədər azarkeş buraxılması məsələsinə aydınlıq gəlib.

UEFA-nın qərarında qeyd olunmuşdu ki, pandemiya ilə əlaqədar AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcək.

Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək dörd oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin iştirak edə biləcəyi barədə qərar qəbul olunub.

Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (Viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə).

Bakı Olimpiya Stadionunun 69 870 tamaşaçı tutduğunu nəzərə alsaq, təxminən 35 min azarkeşin oyunlar üçün tribunalara buraxılacağını demək olar.

Məsələ ilə bağlı bütün zəruri məlumatlar artıq UEFA-ya təqdim olunub. Azarkeşlərin AVRO-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlar ilə əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, AVRO-2020-nin bu il iyunun 11-dən iyulun 11-dək olan müddətdə keçirilməsi barədə qərar qəbul olunub.скачать dle 11.3