Mojo.az Banner
15:27 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO  |     15:19 İş adamı Fuad Allahverdiyevi şantaj edən keçmiş həyat yoldaşına AĞIR CƏZA  |     15:01 Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı  |     14:47 Bakıda 11-ci sinif şagirdi məktəbdə xəsarət aldı (Yenilənib)  |     14:37 Ceki Çan Azərbaycana gəlir  |     14:30 Səfərbərlik Xidmətində yenilik: İki rayon şöbəsi ləğv edilib  |     14:22 Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadə kimdir? - DOSYE  |     14:18 Bakıda bəzi evlər SÖKÜLƏCƏK: KOMPENSASİYA ÖDƏNİLƏCƏK  |     14:03 Avropadan Azərbaycana qaytarılan şəxslərin SAYI AÇIQLANDI  |     13:11 Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı  |     12:50 İran internet qadağalarını ləğv etməyə hazırlaşır  |     12:30 İlham Əliyev Ağakərim Səmədzadəyə YÜKSƏK VƏZİFƏ VERDİ  |     12:24 Azərbaycan nefti ucuzlaşıb  |     12:10 Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən DANIŞDI - Video  |     11:50 Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb - Video  |     11:44 Yaponiya niyə Azərbaycanı seçdi? – Yeni enerji tərəfdaşlığının detalları  |     11:33 Bakı-Tbilisi qatarı yenidən açılır? – Minlərlə insanı maraqlandıran məsələ  |     11:31 Ətir və tualet suyunun 1 qramını Çindən 1 qəpiyə gətiririk – Ölkələrin siyahısı  |     11:10 Minimum əməkhaqqı nə vaxt artırılacaq?  |     11:03 Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi  |    
Left Banner
Right Banner

Röya ilk dəfə anası ilə şəklini paylaşdı: “Bu arzuma çatmışam” - FOTO

08.03.2021 12:43 2 556
Röya ilk dəfə anası ilə şəklini paylaşdı: “Bu arzuma çatmışam” - FOTO
Xalq artisti Röya sosial şəbəkədə anası ilə fotolarını paylaşıb.

Fotonun paylaşılma səbəbi 8 Mart Beynəlxalq Qadınlar Günüdür.

Röya fotonu belə şərh edib:

“Mən ilk dəfədir, anamla şəklimi paylaşıram. Anam Azərbaycan Dillər Universitetinin məzunudur, ingilis dili müəllimidir. Gözümüzü açandan o həm çalışıb, həm də bizə baxıb, böyüdüb.

İngilis dili müəllimi olmasına baxmayaraq, günün ikinci yarısı məni, yaxud bacımı götürüb təmizləyəcəyi evlərə gedərdi. Həmin insanların paltarlarını gətirib yuyub, ütüləyib geri aparardıq. Yəni, anam bütün bu əziyyətləri keçmiş bir qadındır.

Demək istəyirəm ki, artıq 10 yaşım olanda onunla işləyib pul qazanırdım. Beşmərtəbəli binada yaşayırdıq, birinci mərtəbədən beşinciyə kimi qonşularımıza biskvit satırdım. Anamın rəfiqəsinin dükanı var idi, şirniyyatları o gətizdirirdi. Bu işi də anama həvalə etmişdi ki, satıb pul qazansın. O vaxtdan söz verdim ki, ana, səni o qədər xoşbəxt edəcəyəm ki, heç kəsə möhtac qalmayasan, öz evin olacaq, kirayədə qalmayacaqsan. Demişdim ki, anama qulluq edəcəklər, onunla maraqlanacaqlar. Və bu arzuma çatmışam!

Anam kimi yüzlərlə belə zəhmətkeş xanım var. Bütün qadınlara arzularının çin olmasını diləyirəm. Qız övladları daim analarının yanında olsun, onlar üçün yaşasın. Heç bir çətinlikdən qorxmayın, problemin həllini intiharda görməyin! Hər birimiz ağır günlər keçirmişik. Amma arzular insanı məqsədinə qədər aparır. Arzularınız tükənməsin!

Anamın simasında bütün anaları, qadınları 8 Mart bayramı münasibətilə təbrik edirəm!”





скачать dle 11.3
Mojo.az Banner