Mojo.az Banner
17:13 23 hərbi qulluqçu cəzadan azad edilib  |     17:07 Mingəçevirdə aşkarlanan saxta içkilərin satışı qadağan edilib - FOTO  |     16:45 Həbsdə olan sabiq rəis: "Yığılan rüşvət Vasif Talıbovun göstərişi ilə Seymur Talıbova verilib"  |     16:37 "Roşka"nın məhkəməsi növbəti ayadək təxirə düşdü  |     16:18 İlin ilk Günəş tutulması 18:27-də yekunlaşacaq  |     16:13 Bakıda qızını cinsi zorakılıqla hədələyən ata SAXLANILDI  |     16:11 Xızıda avtotəmir zamanı FACİƏ - 63 yaşlı kişi öldü  |     16:09 "Azərsilah"da yeni TƏYİNAT - FOTO  |     15:55 Kürdə adam batıb - Dalğıclar axtarışa başlayıb  |     15:54 Bakıda kanalizasiyaya düşən gəncin anası: "Oğlumu ora niyə getməyi mənə qaranlıqdır"  |     15:50 Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin azadlığa çıxma TARİXİ BİLİNDİ (Yenilənib)  |     15:48 Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə qərar verilib  |     15:46 Qusarda avtoxuliqanlıq edən sürücü həbs olunub  |     15:45 "Sərfəli kredit" elanları ilə DƏLƏDUZLUQ: Vətəndaşlara XƏBƏRDARLIQ edildi - Video  |     15:43 Son bir ayın ən güclü maqnit fırtınası qeydə alınıb  |     15:39 Yekaterinburqda Azərbaycan diasporunun keçmiş liderinə ağır cəza tələb edildi  |     13:43 Rəşad Daşdəmirovun həbs müddəti uzadıldı  |     13:42 Sabiq icra başçısına yeni vəzifə verildi  |     13:42 "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR  |     13:41 Narkotiki Bakıda satmaq istəyən keçmiş məhkum Ağsuda tutuldu - Video  |    
Left Banner
Right Banner

İran tərəfdarı olan qruplaşma İraqda ABŞ hərbi bazasına 13 raket atıb

03.03.2021 18:03 1 179
İran tərəfdarı olan qruplaşma İraqda ABŞ hərbi bazasına 13 raket atıb
İraqın qərbində hərbi obyektlərdən biri raket atəşinə tutulub. 

Ehtimala görə, əməliyyatı İran tərəfdarı olan şiə silahlıları həyata keçirib.

Ənbar vilayətindəki Ayn Əsəd bazası ABŞ hərçilərinə məxsusdur. Amerika Birləşmiş Ştatları 2020-ci ilin əvvəllərində Bağdad yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) "Qüds” hərbi birləşməsinin komandiri general Qasım Süleymanini məhv etdikdən sonra baza İrandan hücumlara məruz qalıb.

İndiki atəşin təfərrüatları haqda INA xəbər agentliyi məlumat verib. Agentliyin yazdığına görə, 13 raket 8 km məsafədən bazaya yönəldilib. Jurnalistlər raketlərin hədəfə dəyib-dəymədiyi və həlak olanların olub-olmadığı haqda məlumat verməyib.

Bundan əvvəl ABŞ İraqdakı əsgərlərinə edilən üç hücumdan sonra Suriyaya hava hücumu təşkil etmişdi.скачать dle 11.3
Mojo.az Banner