Mojo.az Banner
14:49 Cəlilabadda saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb  |     14:48 Ermənistan vətəndaşlarının məhkəməsində daha bir təqsirləndirilən şəxs son söz çıxışını yekunlaşdırıb  |     13:17 Hondurasda yeni prezidentin adı açıqlandı  |     13:03 Avtobuslarda ödənişlərlə bağlı YENİLİK - Bu gündən tətbiqinə BAŞLANILDI  |     12:54 Azərbaycan neftinin qiyməti artıb  |     12:41 Bakıda kirayənişin dəm qazından boğulub  |     12:32 Azərbaycanda gələn il üzrə pul siyasətinin əməliyyat hədəfləri və alətləri məlum olub  |     12:29 DİN-dən Yeni il ərəfəsində fəallaşan kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ  |     12:12 2026-cı ildə Mərkəzi Bankın pul siyasəti qərarlarının açıqlanma tarixləri məlum oldu  |     12:07 Xəzər rayonunda qadın dəm qazından zəhərlənərək ölüb  |     11:51 2025-ci ilin ən möhkəm valyutası açıqlandı  |     11:37 Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama (Video)  |     11:33 Dünyanın ən bahalı futbol komandaları açıqlandı  |     11:32 Çay hazırlamaq üstündə dava: Qubada gəlin qayınanasının başını divara çırpdı  |     11:26 Azərbaycanda yenilənmiş 50 manatlıq tədavülə buraxılır  |     11:13 Bakıda sərnişin avtobusu qəzaya uğradı: Ölənlər və yaralananlar var  |     23:01 3 yaşlı uşaq maşında yanaraq öldü - Siyəzəndə faciə  |     22:55 Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? - Vəkil  |     22:47 Bu planetdə 1 il 11 saatdır  |     22:41 Bəzi stansiyasiyalarda qatarlara “Minik yoxdur” qeydlərinin yazılmasına aydınlıq gətirildi  |    
Left Banner
Right Banner

Jirinovski: Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir

03.03.2021 17:42 1 653
Jirinovski: Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir
Ermənistan müxalifəti, istefası faktiki olaraq Baş nazir Nikol Paşinyan tərəfindən əldə edilən erməni generallarının və hər şeydən əvvəl Baş Qərargah rəisi Onik Qasparyanın etiraz aksiyalarında meydana çıxacağına ümid edir. Bu da mitinqlərə aktivlik əlavə edə bilər. Erməni müxalifəti həm dinc inqilabdan, həm də hakimiyyəti zorla ələ keçirməyə hazır olmasından bəhs edir.

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, Rusiya Parlamentində eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski Ermənistanda baş verənlərlə bağlı Media.Az-a münasibət bildirib.

- Ermənistan hazırda ən aktual münaqişə bölgəsidir. Fərqli münasibətlər səslənir. Təcili olaraq dəyirmi masa keçirməli, hər kəsi danışıqlar üçün oraya toplamağı, Ermənistan parlamentinin qərar verməli olduğunu söyləyən qəribə insanlar var. Ancaq görürük ki, parlament iclası baş tutmadı, çünki Nikol Paşinyanın “Mənim addımım” partiyası ora gəlmir, iclas açılmır.

Ermənistan Qafqazda, Şərqdədir - dünyanın elə hissəsindədir ki, burda məsələlər adətən güc yolu ilə həll olunur. Misiri götürün, bu ölkənin rəhbərliyində həmişə marşallar var. Liviya, İraq, Əfqanıstanda hakimiyyət hərbçilərdədir. Ermənistanın yanında yerləşən Türkiyədə altı hərbi çevriliş olub!..

Eyni ssenari Ermənistanda da mümkündür. Ermənilər tezliklə yeni bir siyasi rejim formatında oyana bilərlər. Onda Paşinyan ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək. Ancaq dəyişiklik faktiki olaraq qaçılmazdır. Nəticə olaraq ölkəyə mütləq rusiyayönümlü bir namizəd rəhbərlik etməsə də, ən azından NATO yönümlü insan olmayacaq, çünki NATO, ABŞ tərəfdarları Paşinyanın simasında onsuz da hakimiyyətdədir.

İndi deyəcəksiniz - bundan sonra nə etməli? Bir həll yolu var: Çar dövründə olduğu kimi, Rusiyanın bir hissəsi olmaq. Hamı sakitləşəcək, heç kim də heç nə etməyəcək. Ancaq mütləq ermənilərdən soruşmaq vacibdir ki, bunu istəyirlərmi?

İstəmirlərsə, qoy müstəqil qalsınlar. Ancaq biz ora bir nəfər də əsgər göndərməyəcəyik. Elə amerikalıların yardım göstərməsi də çətindir, çünki ermənilərə qarşı NATO ölkəsi olan Türkiyə, həmçinin ABŞ və NATO üçün Ermənistandan daha vacib olan Azərbaycan var. Ona görə də bizdən başqa heç kim Ermənistana kömək etməyəcək.скачать dle 11.3