Mojo.az Banner
19:30 600-dən yüksək bal toplayan bacılar eyni universiteti seçdilər  |     19:25 Lavrov onu "fürer" adlandırdı  |     19:16 "Ermənistan ruslara viza tətbiq edərsə..." - Zaxarova  |     19:11 Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı  |     19:04 Bakıda bəzi marşrutların qiyməti artacaq  |     18:58 Şuşada turistlər qaya daşlarının üzərini yazıblar  |     18:43 "Zirə" kot-d'ivuarlı vinger transfer etdi - FOTO  |     18:35 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ  |     18:33 Bakıda kəməri deşib neft oğurladılar, yanğın törətdilər - VİDEO  |     18:32 Yemək saatlarını dəyişmək ürəyə təsir edə bilər – ARAŞDIRMA  |     18:17 Qusarda təcili yardım avtomobili qəzaya uğradı  |     18:03 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək  |     17:45 İran ABŞ-nin Küveyt və BƏƏ-dəki hərbi bazalarına zərbələr endirib  |     17:25 Boş plan yerlərinə qəbul olanlara vacib XƏBƏR  |     17:02 Qaçırdığı qızla günlərlə maşında gecələdilər: Həbs edilən var  |     16:51 Azərbaycana gətirilən malların dəyəri manatla bəyan ediləcək  |     16:32 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ  |     16:12 ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK  |     16:11 Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı  |     16:03 Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |    
Left Banner
Right Banner

Bakıda evdən oğurladığı qızılları zərgərlik mağazasında satdı: Anbaan görüntüləndi

03.02.2026 16:08 474
Bakıda evdən oğurladığı qızılları zərgərlik mağazasında satdı: Anbaan görüntüləndi
Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs evlərdən birinin pəncərəsindən içəri daxil olaraq 2300 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Murad Elyasov saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, hadisənin baş verdiyi ərazidə bir müddət müşahidə aparıb və evlərdən birində sakinlərin olmadığını görərək pəncərədən içəri daxil olub. Oğurluğu törətdikdən sonra isə qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb. Onun taladığı evə giriş-çıxış anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.
скачать dle 11.3
Mojo.az Banner