Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 70 min manat və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı - Video

18.11.2025 15:15 846
Bakıda 70 min manat və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı - Video
Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək naməlum şəxsin mənzilindən içərisində 70 min manat nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfinin talandığını bildirib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub. Hadisə zamanı saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər