Bu il 3 min şəhid ailəsi və müharibə əlili evlə təmin olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Bu il 3 min şəhid ailəsi və müharibə əlili evlə təmin olunacaq

Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev fevralın 25-də Şağan Reabilitasiya Pansionatının açılışında ötən dövrdə 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilinin mənzillərlə təmin edildiyini, təkcə keçən il 1572 mənzilin verildiyini, bu il də 3 minə yaxın mənzil veriləcəyini, müharibə əlillərinə 7200-ə yaxın minik maşını verildiyini diqqətə çatdırıb.

Nazir şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təminat proqramının bu il daha da genişləndirilməsi, qazilərimizin reabilitasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlik qarşısında müəyyən edilən vəzifələrin yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.

“Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydaları”nın, “Şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasının, qeydiyyatdan müvəqqəti çıxarılmasının və qeydiyyatının ləğv edilməsi xidmətinin Pasportu”nun təsdiq edilməsi, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və s. məsələlər də iclasda müzakirə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            999 27.02.21 14:43